NAKAM SEVGİ NAĞILI (HEKAYƏ)

0
155

..Ülviyyə hələ orta məktəbi bitirməmiş gözəlliyi, mehribanlıgı ,sadəliyi və biliyi ilə bir çox gənclərin diqqətini cəlb edirdi.Elçilərin biri gedib digəri gəlirdi .Ana qızının xasiyyətini bildiyindən gələnləri qaytarır,–qızıb hələ oxuyub ali təhsil alacaq–deyirdi.
Ülviyyə bütün varlıgıyla elmə,biliyə baglı bir qız idi.Onun tez ərə gedən qızlardan zəhləsi gedirdi:- elə bildünyanın axırıdır,ər tapılmayacaq nədir?!
O bilirdi ki,bütün gözəllikləri biliklə,savadla qazanmaq olar.Dərslərinə səylə çalışır,digər yoldaşlarından fərqli olaraq müəllimə düşünülmüş,dəqiq,düzgün cavab verərdi.
Anasını dinc qoymayan elçilər arasında sinif yoldaşı Lalənin xalası da vardı.Ülviyyədən xəbərsiz xalasına demışdi ki,narahat olmayın, qız sizindir.
Beləliklə,Lalə get-gedə Ülviyyəyə daha yaxın olmaq üçün dərslərinə kömək etməyi ondan xahiş etdi.
Ülviyyə bu qeyri-adi xahişdən narahat oldu.Axı Lalə heç vaxt belə təklif etməmişdi.Nədənsə son vaxtlar onu gözdən qoymamagından şübhələnmişdi..
Birdən Lalənin üzünə baxıb:
–Mənə elə gəlir ki,sən nəyi isə məndən gizlədirsən.Bəlkə fikrini anladasan?-dedi.
-Bəli,o zənnində yanılmamışdı.Lalənin Ülviyyəyə dediyi söz şillə kimi onu tutdu:
-Ülviyyə,sözün düzü səndən gizlətmək də istəmirəm,xalam oglunun səndən yaman xoşu gəlir.
-Ülviyyə:
-Budur dərslərində sənə kömək etmək istəyin?Ay qız,sənin başın xarab olub məncə.Mən ərə getməyə tələsmirəm ,- demiş və sərt addımlarla ondan uzaqlaşaraq birbaşa anasının yanına gəlmiş və -camaatın başı xarab olub, deyərək, Lalə ilə olan söhbəti ona danışmışdı.
Anasının ona reaksiya vermədiyini görən qız:
–Bəlkə bundan xəbərin varmış- dedi.Anasının susdugunu görüb,-niyə məndən gizlədirsən ,- dedi.
Ana vəziyyətdən çıxmaq üçün:
–Xeyr,bilmirdim,dedi.
Ülviyyə otagına keçib sabahkı imtahanına hazırlaşmağa başladı..
Son günlər yaman əsəbləşirdi:
–Axı, niyə bunlar məndən əl çəkmirlər, -deyə öz-özünə danışırdı.
-Guya ərə getməklə hər şey əla olacaq?
Ülviyyədə hələ sevgi hissləri də yox idi.Sevgisi biliyə,kitablara,elmə idi.
Bir müddət sonra o,məktəbi əla qiymətlərlə bitirib attestatını alıb, sevinclə evlərinə tələsdi. Həyətə girəndə yuxarıdan ona zillənən mehriban ,gülümsər gözləri gördü.Bu yaşlı bir qadın idi.
Pilləkəni necə qalxdısa özü də hiss etmədi.Eyvandaki həmin qadın gülümsəyə- gülümsəyə onun qabagına gəldi.Ülviyyə də onunla salamlaşıb,xoş gəlmisiz -dedi.
Qonaq qadın qızın mehriban,gülərüz bir qız oldugunu dərk etdi.
Ülviyyə qonagın kim oldugunu soruşanda:
–Qızının attestatını almaga gəlib,- dedi.
Ülviyyənin atası məktəb direktoru oldugundan anasının sözünə inansa da aglından–bura niyə gəlib ki,elə məktəbə gedib alsın da,- fikri keçdi.
Bir azdan qonaq qadın getməyə hazırlaşdı və qızı öpüb,-xoşbəxt olasan,qızım-deyib ayrıldı.
O gedən kimi Ülviyyə anasını haqladı:
–Ana ,bu qadın niyə məktəbə getməyib bura gəlib?Evdə attestat verilir?
Anası gülümsəyib dedi:
–Qızım, o səni görməyə gəlmişdi .
Ülviyyə tutuldu,zənni onu yanıltmamışdı.Əsəbi halda:
–Axı,mən demişəm və deyirəm sözümü,ər- filan söhbətini eşitməyim,- dedi.
Atalar demiş ,sən saydıgını say,gör fələk nə sayır?..
Ülviyyə ali məktəbə qəbul imtahanlarına ciddi hazırlaşırdı.Və əziyyəti itmədi.O ,pedaqoji instituta qəbul oldu..Evə dönəndə yanə həmin qadınla rastlaşdı.O,qızı bu münasibətlə təbrik etdi.Artıq məsələ məlum idi.Ülviyyə çəkinmədən qadına:
–Xala,mənə görə gəlmisinizsə nahaq zəhmət çəkmisiz,mən hələ ali təhsil alacagam,-dedi.Qadın mehriban nəzərlərlə onu süzdü və səssizcə:
–Qızım ,mən nə deyirəm ki, oglum bütün şərtlərini qəbul edəcək.Mən sadəcə adamlarımın elçiliyi üçün icazə almaga gəlmişəm.Oglum səni bir ildən çoxdurgörüb,xoşu gəlib və məni də göndərib ki, razılıq alım elçiliyə..
Ülviyyə yerindəcə donub qaldı:– nə elçilik,nə xoşu gəlmək,mən bəlkə heç xoşlamıram…Eee fikrimi qarışdırdı bu qadın..

Artıq bəhanəsi də qalmamışdı,məktəbi bitirib,ali məktəbə qəbul olunub.Oglan da söz verib,o necə istəsə,eləcə də şərait ,imkan yaradacaq ki,təhsilinə mane olmasın…
Ülviyyə görmədiyi,danışmadıgı oglanamı ərə gedəcək?!Bəlkə xasiyyətimiz uygun gəlməyəcək?Və ya..nə isə.Təkidlə qərara gəldi ki,razılıq olmayacaq!
Bu fikirlərlə küçələrinə gəlib çatırdı ki,bir ucaboy,yaraşıqlı oglan:–Salam Ülviyyə xanıım,məktəbi bitirdiniz?-deyə yoluna çıxdı.Qız bu gözlənilməz görüşdən diksindi.
–Tutaq ki,bitirmişəm,ali məktəbə də qəbul olunmuşam,sizə nə?!-dedi..
Oglan gülümsənib;
–Təbrik edirəm,ugurlu illəriniz olsun,–dedi.
Ülviyyə bu səmimi sözlərdən alındı,üzünə qızartı çökdü.Kobud cavabına görə pərt oldu,hiss etdi ki,oglan çox mədəni gənc idi,səliqəli geyimi onu daha görkəmli göstərirdi.Ülviyyə bu səmimiyyətin qarşısında yumşaldı..
Oglan :
— Mənim adım Tahirdi-dedi
— Mənim adımı isə artıq bilirsiz.
Sonra aralarında xoş ünsiyyət yarandısa da qız hələ razılıq vermədi ki,elçiləri gəlsin.Sagollaşıb ayrıldılar.Tahir heç nə demədən oradan uzaqlaşdı.
Evə çatanda qapılarında xeyli minik maşınını görən Ülviyyə yuxarı qalxmaga tələsdi..Eyvanda kişili qadınlı xeyli adam vardı.Onlar çay içə- içə şirin söhbət edirdilər.Hətta qızın mətbəxə necə keçdiyini hiss etmədilər.Ülviyyə -Ana ,bu nə qonaqlıqdır?–dedi.Anası əlindəki işini görə- görə;
–Ay qızım,elçilərindi də…
–Axı mən hələ razı deyiləm ərə gedim-demişdi ki,atası qapıdan anaslna işarə etdi ki,stolu yıgışdırsın.Ana ötəri ərinə dedi:
–Üız razı deyil ki!
Ülviyyə atasının necə coşdugunu ilk dəfə görürdü:
–Necə razı deyil,onda bunlar niyə gəliblər?!
Ana astaca bunların gəlişindən Ülviyyənin xəbəri olmadıgını söylədi.

Sən nə danışırsan,mənə dedilər ki,qız razıdır.Mən də qızın razılıgını verdim.İndi sözümü gerimi götürəcəyəm?!İki dünya bir ola,sözümü geri götürmərəm deyib, hirsli halda mətbəxi tərk etdi..
Ülviyyə də ,ana da vəziyyətin gərginliyindən yaman tutuldular.Başqa çarə də yox idi.Kişi sözünü necə dana bilərdi.?!Hamının hörmət etdiyi,agsaqqal bildiyi kişiyə nə deyərdilər?
Beləliklə,Ülviyyənin toyuna hazırlıq görülürdü…
Əslində oglan da pis oglan deyildi..Lakin qız narahat idi ki,birdən təhsilini davam etməyə qoymazlar…
Ali məktəblərdə dərslərin başlanmasına az qalmış onların toyunu etdilər..
Ülviyyə kəndə gəlin köçsə də təhsilləri ilə əlaqədar Bakıda ev kirayələdilər.Çünki, Tahirin institutu bitirməsinə ilyarım qalsa da,Ülviyyə hələ birinci kursda idi.
Ülviyyə könülsüz bu həyata öyrəşməyə başlamışdı.
Tahir axşam şöbəsində oxudugundan gündüzlər zavoda işə düzəldi ki, həm ailəsini dolandırsln ,həm də ev kirayəsini ödəyə bilsin.
Həqiqətən çox agır,çətin həyat idi.Lakin Tahir agır işin öhdəsindən bacarıqla gəlirdi.Çalışırdı ki, bu gərginliyi Ülviyyə hiss etməsin.
Amma qız agıllı,çalışqan,ailəcanlı oldugundan hər çətinliyə dözməyi bacarırdı.
Beləliklə, illərin necə kecdiyini hiss etmədən,əl-ələ verib mehriban ailənın davamına dogru addımladllar…
Ülviyyə Tahirin xoş rəftarına.onun nazıyla oynamasına görə, onunlaı dost kimi davranırdı …

Ürəyində isə ona sevgisi yox idi.Bunu Tahir də hiss edirdi ki,Ülviyyə ona sirdaş,dost kimi hörmət edir,hərəkətlərini dəyərləndirir.Tahir onu çox sevirdi,onun qaygısına, zarafatlarına dost münasibətindən sevinirdi.
Ülviyyə həyat yoldaşına sadiq,layiqli, vəfalı bir qadın idi.Amma onda sevgi,məhəbbət hissləri yox idi.Hər şeyə rəgmən onu sevə bilmirdi.Başı təhsilə,ev işlərinə qarışmışdı..
İllər keçdi… Tahir ali məktəbi bitirsə də,Ülviyyəyə görə bir müddət şəhərdə qalmalı oldular.Nəhayət,onlar rayona döndülər ,amma ailə artıq 4 nəfər olmuşdu.
…Körpələri görən nənənin sevincdən gözləri yaşardı.Ana oglunu atasız,çox çətinliklə böyütmüşdü.Ona gözəl tərbiyə verməklə yanaşı ,ali təhsil almasına nail olmuş,mehriban sədaqətli ailə qurmasına da kömək etmişdi.Budur,artıq oglu ata kimi ananın yanına ciyər paraları ilə dönmüşdü!
Ana üçün bundan xoşbəxt gün olardımı?!

Gəlininin gözəl xasiyyəti anaya,Tahirə və uşaqlara olan dogma münasibəti ananı çox sevindirirdi.
Tez əl ayaga düşdü,samovarı qaynatmaq istəyəndə Ülviyyə bunu özü edəcəyini dedi.Nənə isə nəvələrindən doymaq bilmirdi…..

Nəhayət, bir müddət sonra hər ikisi.eyni məktəbdə fəaliyyətə başladılar….
İllər keçdi.Artıq ailə qaygıları da çoxalmışdı.Çünki ailədə dörd uşaq böyüyürdü…Ananın da səhhətində problemlər yaşanırdı.Tahir anasını itirməyə qorxurdu…Qorxduğu başına gəldi..Soyuq payız günündə ana bu dünyaya gözünü yumdu…
Anasının itgisi Tahiri də,Ülviyyəni də çox sarsıtmışdı,uşaqlar da onları görüb aglayır,inana bilmirdilər ki ,daha o mehriban ,gülərüz nənəni görməyəcəklər…..
Tahir bütün dərdini Ülviyyəyə bildirmir, yaxın dostu Zeynalla bölüşür,bu dərdi çəkə bilməyəcəyini ona deyirdi..,Ülviyyə də hiss edirdi ki,Tahir son vaxtlar agrı çəkir,amma ona ,uşaqlara bunu bildirmirdi. …
Ananın vəfatından xeyli keçmişdi.Günlərin bir günü işdən qayıdan Tahirin ürəyi tutub,divana sərildi.Uşaglar tez anaya xəbər verdilər.Ülviyyə işdən icazə alıb özünü evə çatdırdı .Uşaqların harayına qonşular da gəlmişdi.Tahirin solgun gözlərini,göyərmiş dodaqlarını görən Ülviyyə qorxundu.Təcili yardım çagırdılar.Həkim onun vəziyyətinin agır oldugunu görüb,xəstəxanaya aparmagı məsləhət bildi.Təcili onu xəstəxanaya götürdülər.Həkim yoxlanışları oldu,kardioloq insult keçirdiyini bildirdi.
Ülviyyə səssizcə aglayır,vəziyyətinə görə Tahirə yazıgı gəldi.Onun çətinliklə,imkansızlıqla,halal zəhmətlə yaşayıb,balalarına çətinliklə də olsa gün aglamış,öz səhhətinə,saglamlıgına heç vaxt fikir verməmişdi.Hər şeyi,canını da ailəsinə həsr etmişdi….
.. Bir insan kimi hamının hörmətini,məhəbbətini qazanmışdı.İndi isə…həyatla vidalaşır..
Həkimlərin səyi nəticə vermədi….Tahir dünyasını dəyişdi….
Ülviyyə indi dərindən anladı ki,əziz dogma adamını itirdi,sirdaşını, yaxın dostunu itirdi…..
Bir müddət agrı acını çəkə çəkə yaşadşlar…….
Həyat öz axari ilə davam edirdi……
Belə agır günlərdə Tahirin dostu Zeynal ailənin qaygılarına diqqət edir,onları ovundurur,təsəlli verir,lazımi köməkliyini edirdi.
..Ülviyyə get -gedə ərinin yoxluguyla barışırdı…
Allahın işidir,hamımızın yolu burayadır-deyib təskinlik tapırdı….
Zeynalın xoş münasibəti,kədərli günlərdə onun yanında olması,çətin problemlərin həllində ona göstərdiyi qaygı,bir neçə il keçdikcə münasibətlərində də məhrəmlik yaratdı..Zeynal onu darıxmasın deyə bir an belə tək qoymurdu..
Ülviyyədə ona qarşı xoş duyğular yaranırdı.O,bundan ehtiyat edir,həm də artıq ona isinişirdi..
Bu nədir??!Yoxsa onu sevirəm?-deyə içində özünü danladı.Amma daxili həyəcan,hisslər onu rahat buraxmırdı…
-Bu yaşda,bu başda sevgimi olur?–dedi,öz-özünə…

Bəli,sevginin yaşı olmurmuş…O,artıq Zeynal gec gələndə,mesaj yazmayanda çox darıxır və onu intizarla gözləyirdi..
Bir tərəfdən də ehtiyat edirdi ki,dörd uşaq anası indi yenidənmi ailə quracaq?El -oba ona nə deyər? Bu hisslərlə fikirli halda evlərinə çatırdı ki ,qarşısında Zeynalı gördü…
–Salam Ülviyyə,niyə fikirlisən?–deyə soruşdu.
Ülviyyə artıq onun nə deyəcəyini əvvəlcədən hiss edirdi.Dörd ilə yaxın onlar dost kimi davranırdılar.Zeynalın xoş münasibəti qarşısında uşaqlar da ona isinişmişdilər..Lakin,qonşular arasında da pıça- pıç başlanmışdı.Onun bu ailə ilə təmasını soruşanda:
—-Tahir vəsiyyət edib ki,çətin anlarda ailəyə dəstək olsun,–demişdi,Ülviyyə….
–Səninləyəm,Ülviyyə sənə vacib sözüm var-,dedi
Səmayə həyəcanlı halda:
–Buyurun,–dedi.
— Ülviyyə ,artıq neçə ildir özün də bilirsən sənin ailənlə,uşaqlarla birlikdəyəm.Minnət etmirəm,mənim də ailəm yoxdur,bilirsən.Ogluma da ana qayğısı lazımdır.Demirəm ki, nənəsi pis baxır,xeyr.Amma anam da qocalıb,oglum kiməsə sıgınmalıdır…
Ülviyyə fikrındə çox götür qoy etsə də, qəti fikrə gələ bilmirdi.
–Nə deyərlər,ayıbdır..və s.fikirləşirdi…
Zeynal,sənə dərin hörmətim var,amma böyüklərlə məsləhətləşim,baxım görək nə deyərlər.
–Kiminlə məsləhətləşəcəksiz?
—Buranın agbirçəyi Tahirə xanımla.Baxım görək o ,bu məsələyə necə baxar.? O nə məsləhət görsə onu edəcəyəm.Çünki ,onun qərarına qarşı çııxan olmayacaq..Həm dəə söz söhbət kəsilər.
Zeynal səssizcə,kövrək səslə :
—Yaxşı, olsun,agıllı fikirdir – dedi.
Ertəsi gün Ülviyyə Tahirə ananın yanına gəldi, fikrini ona bildirdi.Tahirə ona dedi :
–Qızım,mən bunu səndən çoxdan gözləyirdim.Bilirdim sən abır-həyalı qadınsan,gözəl də anasan.Heç kəs bu yükün altından tək çıxa bilməz.Uşaqlar da böyüyür. Onlara da Zeynal kimi etibarlı arxa olsa yaxşı olardı.
Ülviyyə kövrəldi,Tahirə ananın onu düzgün anlamasından bir az kövrəldi.Axı ,başqa çarəsi də yox idi!
–Qızım, dprd uşaq olmasın,beş olsun.O uşaga da ana qayğısı,ana sevgisi lazımdır.Məncə,sən ona daha artıq qayğı göstərib ,savab qazanacaqsan…
Zeynal həyəcanla Ülviyyənin gəlişini gözləyirdi.
Uzaqdan onun gəldiyini görəndə ürəyi yaman döyünməyə başladı ..Axı onunvə oglunun taleyi həll olunacaqdı…
Ülviyyənin qabagına getmək istədi,lakin birdən alınmaz deyə gözlədi.Çatan kimi:
–Xeyirdirmi?-dedi.
–Zeynal, Tahirə xanım razılıglnı verməklə,bizim izdivacımıza imza atdı,- dedi.
Zeynal sevincindən istədi onu qucaqlasın,amma küçədəkilər nə deyər – düşündü.Sevindiyindən gözləri parıldadı..
-Ülviyyə,ömrüm boyu sənə minnətdaram,ogluma ana olacaqsan.!
Səhər işdən gələrkən Zeynalşküçə qapısının yanında gördü. Oglu maşında oturub atasını gözləyirdi..Qüssəli, pərişan baxışları sanki onu anasına qovuşduracaqdı.
Uşağın ona kədərli baxışlarından tutuldu.Maşının qapısını açıb:
–Oglum,düş gəl içəri – dedi və uşagı qucaqlayıb maşından düşürdü..Gözündən ixtiyarsız axan yaş. uşağın yanaqlarını islatdı.O,uşagı bərk bərk öpdü.Uşaq duruxdu,bilmədi sevinsin ya aglasın.Anasını görürmüş kimi qeyri ixtiyarı o da Ülviyyəni qucaqladı.
Zeynal bu mənzərədən çox sarsıldı və daha ogluna hayan tapıldıgına,anasız qalmayacagına əmin oldu.
Zeynal öz evlərinə yıgışmagı məsləhət gördü,amma qadln razı olmadı.
–Nə fərqi var, bura da sizin evinizdir-dedi.Biz çoxuq,azlıq çoxluğa tabe olmalıdlr-dedi və xəfifcə gülümsündü.
-Heç oglumun adını bilmədim-dedi
—Turandı -dedi.
Onlar birlikdə içəri keçdilər.Uşaqların hərəsi bir işlə məşğul idi.
Rəsm çəkən,.misal həll edən,şeiri əzbərləyən,.çay süzən.. .Zeynalı və oglanı görən uşaqlar:
Zeynal əmi gəldi- deyib qabagına çıxdılar..Amma bilmirdilər ki,bu gündən o əmi yox ,ata kimi ,Turan isə onlara qardaş kimi burada qalacaqlar..Ülviyyə hamını masa arxasına dəvət etdi,süfrəyə çay gətirdi.Sonra məsələni hamı ya açıqladı:
–Uşaqlar,Zeynal əminin bir oğlu var.Adı Turandır.Bu gündən o sizin qardaşınızdır,Zeynal əmi isə ailəmizin başçısı olur.Kimin nə problemi olarsa,o həll edəcək.
Uşaqlar əvvəl nə baş verdiyini anlamadılar.Böyük oglu deyəsən,nəsə hiss etdi. Ananın qərarı qarşısında kim nə deyəcəkdi ki…..
Beləliklə,bir neçə ay idi ki,bu ailədəki mehribançılığı,oglunun bacı qardaşlı olmasını görən Zeynal sevinir,alşilə başçlsı kimi qürur duyurdu.
İşdən qayıdanda Ülviyyə ilə birgə.marketə gedib ,bazarlıq edir,uşaqların istədiklərini alır,onların sevinclərinə şərik olurdu.Xüsusən də,. Ülviyyənin uşşaqlara olan sevgisini,məhəbbətini görəndə çox xoşhallanırdı.
Uşaqların birlikdə dərsə hazırlaşmaları ,boş vaxtlarında “söz oyunu”,dama,şahmat və b..kimi oyunlar oynamasını görüncə,qəlbində fərəh hissi keçirirdi.

Gördükləri ona bir yuxu kimi gəlirdi.Çox xoşbəxt idilər..
Deyirlər sən saydıgını say,gör fələk nə sayır..
Son günlər cəbhə xəttindən bəd xəbərlər gəlirdi.Düşmən tez -tez atəşkəsi pozur, odlu silahlardan yaxın ərazilərə atəş açırdı….
Televizorda düşməni cavab cavab atəşi ilə susduruldugu elan olundu.Lakin onların geniş miqyasda ərazilərimizə basqın etməsinə layiqli cavab verilməli idi.Müharibə elan edildi..Elə gecə ikən minlərlə insan könüllü olaraq cəbhəyə getmək,düşməni məhv edərək torpaqlarımızı işgaldan azad etməyə getməyə küçələrə çıxıb,adlı siyahılar tutdular.
Onlar elə bil səfərbərliyi və əmri gözləyirdilər..
Xəbəri eşidən kimi Ülviyyə Zeynala,uşaqlar da onlara baxdılar.Zeynal həsrət dolu nəzərlərlə hamıya baxıb kədərli gülüşlə bir daha onları sakitləşdirmək istəsə də ,üzündəki narahatlıgı gizlədə bilmədi.
–Qorxmayın ,hər şey yaxşı olacaq-deyə onlara ürək-dirək verdi..
Nə vaxtacan düşmən torpaqlarımızı tapdaq altında saxlayacaq?Xəcalətdən danışa bilmirik.Şərəfsizləri,vəhşiləri buralardan rədd etməsək bizə rahatlıq olmayacaq.Biz haqq yolunda vuruşub torpaqlarımızı azad etməliyik,edəcəyik də!
Ülviyyə vəziyyətin çıxılmaz oldugunu dərk edirdi,amma Zeynalı da itirəcəyindən yaman qorxurdu.Nə etməli?
Zeynalın fikri qəti idi!
Səhər tezdən komissarlıqdan gələn zəng onu sevindirdi,bilirdi ki,oglundan,ailəsindən arxayındı.
Beləcə ,o ,Vətən ugrunda döyüşlərə qatıldı.Cəbhədən xoş xəbərlərlə yanaşı, şəhidlərimiz barədə bəd xəbərlər də gəlirdi.Əlbəttə müharibə şəhidsiz olmur.
Evdəkilər daim dualar edir,Zeynalın sag salamat qayıtmasına qurbanlar vəd edirdilər.Zeynal imkan tapdıqca evə zəng edir,qələbəyə dogru irəlilədiklərini sevinclə xəbər verirdi.

Artıq .Şuşaya yaxınlaşırdılar.Ülviyyə çox narahat,həyəcanlı idi.O,sevinclə qorxu hissi də keçirirdi.:
–Birdən Zeynala..Allah eləməsin,niyə pis fikirlərə düşürəm?-deyə özünü qınayırdı.
Üç gün idi nə zəng gəlirdi,nə də cavab verirdi..
Bəli,düşündüyü başına gəldi!Döyüş yoldaşı telefona cavab verdi…
Zeynalın şəhid xəbərini alan Ülviyyənin başına elə bil qaynar su töküldü,əlləri əsdi,hönkür hönkür aglayaraq divana atıldı.Uşaqlar yaxşı ki,dərsdə idilər.O, bu xəbəri Turaldan gizlətmək istədi,amma sabah onsuz da buraya gətirələndə onsuz da biləcəkdi.Rayonun rəhbər işçiləri, camaat. ,müxtəlif təşkilatlarln nümayəndələri hazırlıq görürdülər.
Uşaqlar məktəbdən qayıdanda küçədəki izduhamı görüb ,çaş-baş qaldılar.:
–Görəsən,bura şəhidmi gətirəcəklər?-deyə bir- birinə baxdllar.
–Yazıq Ülviyyə heç yarımadı ki,-sözlərini eşidəndə evə qaçdılar.Ana pəncərədən bayıra baxaraq hönkür- hönkür acı taleyinə ,nakam sevgisinə aglayırdı..Uşaqlar da ona qoşuldular…
O,Turalı bagrına basıb:-mən sənin həm atan ,həm də ananam dedi…..
Beləcə Ülviyyə, nakam sevgisiylə də barışmalı oldu..
Qarşıda isə beş uşagın taleyi Allahdan və ondan asılı idi…Uğursuz taleyin acısına dözməli idi…

NƏZAKƏT EMİNQIZI,
AJB-nin üzvü,”Yazarlar’jurnalınln əməkdaşı, yazıçı-publisist.