Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI

0
437
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.
Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:
– 91 saylı Ucar seçki dairəsi
– 81 saylı Beyləqan seçki dairəsi
– 72 saylı Yardımlı-Masallı seçki dairəsi
– 95 saylı Tərtər seçki dairəsi
– 42 saylı Sumqayıt ikinci seçki dairəsi
– 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
– 15 saylı Yasamal birinci seçki dairəsi
– 28 saylı Sabunçu üçüncü seçki dairəsi
– 79 saylı İmişli seçki dairəsi
– 60 saylı Salyan-Neftçala seçki dairəsi