Nərimanov Məhkəməsi Prezident Sərəncamına məhəl qoymur: Əfv olunan epizoda görə yeni cinayət işi…

0
629

manatı iki dəfə devalivasiyaya uğrayaraq yarı-yarıya ucuzlaşıb. May ayının ortalarında Binəqədidə 15 nəfərin ölümüylə nəticələnən bina yanğını baş verib, nəticədə bu işdə günahlandırılan şəxslər və rayon rəhbərliyi ağır şəkildə cəzalandırılıb. Bakıda I Avropa oyunları keçirilib. Jurnalist Rasim Əliyev camaatın gözü qarşısında döyülə-döyülə öldürülüb. Rəhbəri indiyə qədər azadlıqda gəzən MTN-nin içüzü açığa çıxıb və qurum ləğv edilib. Naradaran hadisələri baş verib və s.

Müasir tariximizə ən  qalmaqallı il olaraq düşən 2015-ci ilin aktivinə yazılmayan bir hadisə də var ki, sensasiyalılıq dərəcəsinə görə digərlərindən qətiyyən geri qalmır. Söhbət Təyminə Abdullayeva adlı 45 kiloqram çəkisi olan bir xanımın bir neçə polisi “əzişdirməsi”ndən gedir. “Hadisə”dən iki il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə aparılan məhkəmə prosesində ortaya çıxan və Ovqat.com tərəfindən geniş şəkildə işıqlandırılan bu iddia “əzişdirilən” sabiq polislərin özləri tərəfindən etiraf edilib.

Şikayətçi şəxs qismində məhkəmədə müttəhim Təyminə Abdullayevanın üzünə duran sabiq polis əməkdaşı Oktay Məmmədov üzərindən 1 ildən çox  ötməsinə baxmayaraq, ağrılarının hələ də keçmədiyini deyərək, 45 kiloqramlıq qadını cəzalandırmağı hakimdən xahiş edirdi. Polisi döyməkdə ittiham olunan xanım isə heyrətdən gözlərini döyə-döyə iddiaları “çürütməyə” çalışırdı.

 (Bu videoda Təyminə Abdullayevanın polisləri necə “əzişdirdiyi” öz əksini tapıb – Tıklayın)

Əslində Təyminə Abdullayevanı məhkəmə qarşısına çıxaran heç də bu qeyri-adi “cəsarəti” deyildi. O, tamamilə başqa səbəbdən – yoldaşı Barat Abdullayevin şikayəti əsasında mühakimə olunurdu. Tanınmış iş adamı Barat Abdullayevin iddialarına görə, həyat yoldaşı onun şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla birgə nikah dövründə yaşadıqları mənzili satıb, pulunu ələ keçirib. Daha sonra həmin sənəddən istifadə edərək, sözügedən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Təyminə xanım isə bu iddia ilə razılaşmır, Barat bəylə birgə nigahda yaşadıqlarını, dolayısıyla mülkiyyətdə ortaq haqlarının olduğunu, heç kimin öz mülkiyyətini dəyər-dəyməzə satmayacağını bildirir və dələduzlar tərəfindən aldadıldığını iddia edirdi.

Ərlə arvadın ev davasına pərçim olunan “əzişdirilmiş” polis əməkdaşları isə Təyminə xanımın cinayətkar obrazına daha tünd rəng qatmaq üçün hazırlanmış ssenarinin aktyorlarına bənzəyirdilər. Təyminə Abdullayevanı zorla polis idarəsinə gətirərkən ayağı burxulduğu (!) üçün xanımdan şikayətçi olan sabiq kiçik əməliyyat müvəkkili Oktay Babayevin sonradan polis orqanlarından qovulması da bu ehtimalı gücləndirir. Belə təəssürat yaranır ki, Oktay Babayev polis əməkdaşına yaraşmayan bu cür əməllərinə görə işdən uzaqlaşdırılıb. Məhkəmə isə sabiq polis əməkdaşının niyə işdən uzaqlaşdırıldığı səbəbilə maraqlanmır, onun nə dərəcədə sözünə inanılası şəxs olmasını araşdırmaq istəmirdi.

Uzun sözün kəsəsi, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən həmin məhkəmədə əri tərəfindən şikayət edilən Təyminə Abdullayeva saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunur. Həbsdən əvvəl isə məhkəmə onları boşayır. Ailənin 15 yaşlı oğlu Neman əvvəl anasına verilsə də, həbsdən sonradan Təyminə xanımın vəkili Vasif İsrafilov İmaməddin oğlu tərəfindən sənədlər saxtalaşdırılaraq atanın himayəsinə keçir. Beləcə, Təyminə xanım qadınlığının baş tacı olan analıq hüququndan da mərhum olunur. Hər halda, Təyminə xanım belə iddia edir.

Ən maraqlısı isə budur ki, bir ev üstündə öz xanımını məhbəsə göndərən, analıqdan mərhum edən Barat Abdullayev Təyminənin sadəcə həyat yoldaşı da olmayıb. Onlar dos-doğma dayı oğlu-bibi qızıdırlar. Doğuşdan başlayan və ömür boyu dəyişdirilməsi mümkün olmayan bu doğmalıq belə, iş adamının qəlbindəki mərhəmət hissini oyatmayıb. Əksinə, bir çox epizodlarda Apelyyasiya Məhkəməsi tərəfindən bəraət alan, Ali Məhkəmə tərəfindən günahsızlığı təsdiq olunan, daha sonra isə Prezidentin əfv Sərəncamı ilə azadlığa çıxan Təyminəyə qarşı dayı uşaqları tərəfindən edilən düşmənçilik bu gün də sürdürülür.

Halbuki, ərlə arvadın bölüşdürə bilmədiyi həmin bahalı mülkiyyət Barat Abdullayevin yeganə mal varlığı da deyilmiş.T.Abdullayevanın 2017-ci ildə mətbuata verdiyi açıqlamaya görə, 1990-ci ildə ailə qurduğu B.Abdullayevlə birgə nikah zamanı xeyli mülkiyyətləri olub: “Atamın maddi köməkliyi ilə 2010-cu ild Yasamal rayonunda yerləşən 4 otaqlı mənzil aldım. Birgə nigah dövründə həyat yoldaşım Barat isə Bakıda 4 mənzil, Mirzə İbrahimov küçəsində yerləşən “Şarden” restoranı və hotel kimi tikdirdiyi 7 mərtəbəli binanı, Bakıda 23 sot, Xaçmaz rayonunda 2 hektar, Qusar rayonunda yerləşən 50 hektar torpaq sahəsini, Novxanıda yerləşən bağ evini, “Porşe Cayenne”, “Cadellac STS” markalı avtomobilləri və sair əmlakları əldə edib”. Dolayısı ilə boşanacaqları zaman T.Abdullayevaya daha çox əmlak çata bilərmiş.

Hər şey də əslində boşanma məsələsi ortaya çıxandan sonra başlayır. Uzun müddətdən bəri xəyanətə uğradığını sezən Təhminə yoldaşını geri qaytarmaq üçün müxtəlif vasitələrə əl atır. Məhkəmədə mübahisə predmeti olan ev də məhz ailəsinə sahib çıxmaq sadəlövhlüyünə qurban gedib. Bu barədə daha sonrakı yazılarımızda təfsilatlı məlumat veriləcək. Hələlik isə onu vurğulayırıq ki, pitiklə də əmələ gəlməyən bu evliliyin davam edə bilməyəcəyini anlayan Təyminə xanım 2015-ci ildə boşanmaq qərarına gəlir. Bunu da T.Abdullayeva həbs olunmamışdan əvvəl mətbuata verdiyi açıqlamasında etiraf edib:

“O, qazancını məndən gizlətdiyindən məni və azyaşlı oğlumuzu maddi cəhətdən təmin etmədiyindən, bizim birgə nigahda ər-arvad kimi qalmağımız mümkün olmadığından ondan boşanmağım barədə 2015-ci ilin may ayında iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdim”…

Beləcə, Təhminə Abdullayevanın qanunən haqqı olduğu mülkiyyətlərdən məhrumedilmə prosesi başlayır. O, ilk öncə Bakı şəhəri Ağır Cinayətlər üzrə Məhkəməsinin qadın hakimi Ramella Allahverdiyevanın hökmüylə azadlıqdan, daha sonra isə yeganə oğlu əlindən alınaraq analıqdan məhrum olunur.

Amma Təyminə xanımın mübarizəsi bununla dayanmır, sadəcə mahiyyəti dəyişilir. Əvvəl öz evinə sahib çıxmaq mübarizəsi həbs edildikdən sonra  azadlıq uğrunda mücadiləyə çevrilir. Onun Ağır Cinayətlər Məhkəməsinin hökmündən etdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən haqlı hesab olunur və  kollegiyanın 06 dekabr 2017-ci il tarixli qərarı ilə Təyminə xanım bir sıra epizodlarda bəraət alır. Barat Abdullayevin Apellyasiya hökmündən şikayəti isə Ali Məhkəmə tərəfindən əsassız hesab edilir. Beləcə, hakim Ramella Abdullayevanın öz həmcinsinə kəsdiyi 8 illik cəza 3 ilə endirilir. Nəhayət, bu il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə Təyminə xanım azadlığa qovuşur.

Şəkildə: Nərimanov rayonunun icra başçısı prokurorluq işçilərini mükafatlandırır

Təyminə Abdullayevanın (indi artıq Yusifova) sevinci isə uzun sürmür. Onu bəraət aldığı epizoda görə yenidən həbs təhlükəsi gözləyir. Bu dəfə onu məhkəməyə yalan ifadə verməkdə ittiham edirlər. İddiaçı tərəf isə nə keçmiş həyat yoldaşı Barat Abdullayevdir, nə də qaynı Nazim Abdullayev. Baxmayaraq ki, budəfəki istintaq prosesinin arxasında da həmin iki nəfərin dayandığından şübhələnən Təyminə xanım Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən ədalət sınağına çəkilir. Hakim Zeynal Ağayevin qərarı ilə T.Abdullayevanın özününküləşdirməkdə ittiham olunan başıbəlalı evinin girov qoyulmasının yenidən araşdırılması ilə bağlı Nərimanov rayon Prokurorluğu qarşısında məsələ qaldırılıb. Nərimanov məhkəməsi də bu şikayəti əsas götürüb, yenidən cinayət işi qaldırıb.

Yeni istintaq araşdırmasının əsas zərərçəkəni isə Səkinə İsmayılovadır. Hansı ki, Təyminə xanımın iddiasına görə, məhz bu xanımın “falçılıq məharəti” sayəsində onun başına gəlməyən hadisə qalmayıb. Ötən məhkəmə prosesində hakimlərin yekdil qərarı ilə Səkinə İsmayılova istintaq dövründə 1 il yarım göz altında tutulmuşdu. İndi isə Səkinə İsmayılova Təyminə Abdullayevanın yalan ifadə verməsi nəticəsində həbs olunmuş zərərçəkən şəxs qismində məhkəmə qarşısına çıxarılır, özü də Təyminə xanıma qarşı. Şikayətçinin anlamadığı əsl mətləb də elə budur:

“Axı, Səkinə İsmayılovanı həbs edən, il yarım zindanda saxlayan mən deyiləm. Hökmü Ağır Cinayətlər Məhkəməsi çıxarmış, həbs edən isə polis orqanları olub. Əgər o, səbəbsiz yerə həbsə atılıbsa, mənim nə günahım var?”

Üstəlik, Səkinə İsmayılovanın əməlləri istintaq tərəfindən uzun müddət araşdırılıb. Həbsdə yatdığı il yarımlıq müddət ərzində günahsızlığı ortaya çıxarıla bilməyibsə, bunun məsuliyyətini bir qadına yükləmək nə dərəcədə ədalətlidir? Öz işinə səhlənkar yanaşan hüquq mühafizə orqanlarının əməkdaşları niyə cəzalandırılmırlar?

Bu və digər suallara növbəti yazılarımızda cavab axtarmağa çalışacağıq. Hələlik isə onu deməklə kifayətlənmək istəyirik ki, Təyminə xanım Ağır Cinayətlər Məhkəməsinin və Nərimanov Prokurorluğunun peşini buraxmaq istəmədiyi epizodlarda əvvəl bəraət alıb, sonra isə Prezident tərəfindən əfv edilib. Belə çıxır ki, Nərimanov rayon Məhkəməsii üçün nə daha yüksək instansiya olan Ali Məhkəmənin, nə Apellyasiya Məhkəməsinin hökmünün, nə də Prezident Sərəncamının zərrə qədər əhəmiyyəti yoxdur.

Təyminə xanımı ən çox narahat edən də elə ölkə rəhbərliyinin addımlarına bu cür etinasız yanaşılmasıdır. Bildirdiyinə görə, dəfələrlə Prezidentdə, I vitse-prezidentə məktublar yazıb. Şikayəti birbaşa Mehriban xanımın nəzarətindədir. Mehriban xanım o işdə yol verilmiş ədalətsizliyi aradan qaldırmaq üçün Təyminə xanımın ona ünvanladığı bütün məktubları Bakı şəhər məhkəməsinə və prokurorluğuna göndərilib. Ordan isə heç bir cavab gəlməyib.