Hazırda informasiya müharibəsi gedir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, informasiya müharibəsindən ermənilər və ermənipərəstlər öz məqsədləri üçün istifadə etmək istəyirlər:“Ermənilər bizimlə cəbhədə müharibə aparmaq iqtidarında deyillər. Çünki Azərbaycan Ordusu çox güclüdür. Bunu bütün nüfuzlu beynəlxalq statistikalarda görürük. Yəni münaqişənin danışıqlar müstəvisindən müharibəyə keçməsi Ermənistan üçün yaxşı nəticə verməyəcək. Prezident, Ali Baş Komandan çıxışında dəfələrlə deyib ki, işğalçılar torpaqlarımızı qaytarmalıdırlar”.
R.Quliyev bildirib ki, Azərbaycanın dünyada artan nüfuzu onun ordusunun da güclənməsinə səbəb olur:
“Bunu görməmək mümkün deyil. Azərbaycanın iqtisadi gücü imkan verir ki, nəinki Azərbaycan Ordusu, bütün sahələr daim inkişaf etsin. Necə ki, bu gün bu istiqamətdə güclü işlər görülür. Ordumuzun silahlanması, təchizat və təminatı ən müasir tələblərə cavab verir. Belə bir şəraitdə nə ermənilər, nə də Azərbaycanı istəməyən antimilli qüvvələr istədiklərinə nail ola bilməyəcəklər. Artıq 1990-cı illər deyil”.