Müəllimlərə ŞAD XƏBƏR – Artıq daha rahat oldu

0
13

Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik.

Bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov “Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.

O bildirib ki, 2 il ərizndə 500 məktəbdə tətbiq edilən elektron jurnallar hər il təkminləşdirilir.

“Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik. Həmin mobil versiya internet olmadan da işləyə biləcək. Bu da müəllimlərə imkan verəcək ki, elektron jurnallar daha rahat doldurulsun”, – deyə o əlavə edib.