MSK -7 məntəqənin nəticələrini etibarsız saydı

0
451

 Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər:

“Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.

İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib”.

Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 38 saylı seçi məntəqəsi.

34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir.