Moskvada koronavirusdan ölənlərin sayı 900 nəfəri ötüb

0
334

 

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 39 nəfər ölüb.

Bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 39 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 905 nəfərə çatıb.