Moskva Qərbə zərbə vurmağın yolunu tapdı: Cavab ağır olacaq

0
82

Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrə nikel, uran və titan tədarükünə məhdudiyyətlər tətbiq etməyi təklif edib ki, bu da Qərb ölkələri üçün ciddi zərbə olacaq.

“Vzglyad.ru” bu barədə müsahibə verən ekspertlərə istinadən yazır.

Rusiya nikel hasilatı və istehsalında liderlərdən biridir, nikel məhsullarının əsas istehlakçıları isə Çin və Niderlandır. Nəşr qeyd edir ki, nikel paslanmayan polad və akkumulyatorların istehsalında istifadə olunur, həmçinin korroziyaya davamlı ərintilərin yaradılmasında və elektromobillər və elektronika üçün akkumulyatorların istehsalında mühüm rol oynayır.

Analitiklərin fikrincə, nikelin Aİ-yə tədarükü qadağan olunarsa, bu, metalın dünya qiymətlərinin artmasına səbəb olacaq.

Bu, öz növbəsində, artıq Rusiyanın enerji resurslarından imtinada əziyyət çəkən Avropa sənayesinə ciddi zərbə vura bilər. Bununla belə, Rusiyanın “Norilsk Nikel” şirkəti üçün bu, ixrac həcmlərindəki azalmanı kompensasiya edə bilər. Nikel ixracına qoyulan məhdudiyyətlər yerli akkumulyator və paslanmayan polad sənayesinin inkişafına da kömək edə, idxaldan asılılığı azalda və iqtisadi artımı təşviq edə bilər.