Moskva İrəvana bir daha xəbərdarlıq etdi: Sizin təhlükəsizliyinizi…

0
22

Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov NEWS.ru- ya müsahibəsində deyib.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, hər saniyə İrəvan KTMT-dən daha da uzaqlaşır. Hələ sentyabrda Paşinyan demişdi ki, İrəvan KTMT-dən Ermənistanın suverenliyi üçün yaratdığı təhlükəyə görə ayrılıb.

Cabarovun sözlərinə görə, Rusiya Ermənistanla bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.

“Prezidentimizin dediyi mövqeyə sadiqəm. Mən sadəcə olaraq görmürəm ki, KTMT-dən başqa, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kimin əvəz edə, kim təmin edə bilər”, – Cabarov deyib.

Cabarov ABŞ-ın İrəvan üçün yaxşı tərəfdaş ola biləcəyinə şübhə edib. O, Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.

“Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə qalib gələcək. Rusiya Ermənistan xalqının yeganə həqiqi dostu olub, belədir və belə də qalacaq”, – deyə rusiyalı parlamentari yekunlaşdırıb.