Monqolustan böyük təhlükə ilə üz-üzə: Ölkə prezidenti Bakıda açıqladı

0
28

Son 80 ildə Monqolustandakı daimi buzlaqların sahəsi təxminən 40% azalıb.

Bu barədə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransında müzakirələrdə bildirib.

Prezidentin çıxışı elmi məlumatlara istinad edilib.

“Monqolustanın ümumi su ehtiyatlarının 10,5%-ni təşkil edən əbədi buzlaqlar azalmaqda davam edir. Tədqiqatçılar müəyyən ediblər ki, təkcə Altay dağlarının Monqolustan hissəsində son 80 ildə qar və buzlaqların sahəsi təxminən 40% azalıb”, – prezident Bakıda bildirib.