Molla rejimindən qardaşına “pay” – Bu tarixdə Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq

0
103

Gələn ilin əvvəlində Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq. 

Bu barədə molla rejiminin xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Ümid edirik ki, yeni ilin ilk həftələrində həmkarımla Təbrizdəki baş konsulluğun rəsmi açılış mərasimində görüşəcəyik”, – deyən iranlı diplomat İranın Qafan şəhərində baş konsulluğunun açılması faktını da diqqətə çatdırıb.