Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası 29 iyunda keçiriləcək.
Bu haqda Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Spiker çıxışında hər kəsi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib:
“26 iyun Silahlı Qüvvələr Günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xeyli güclənib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır. Silahlı Qüvvələr Günü münasibəti ilə bütün şəxsi heyəti, xalqımızı təbrik edirəm”.