Mingəçevirdə “Prezident Kuboku – 2022”: Bu gün avarçəkənlər yarışırlar

0
292

Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku – 2022” reqatası davam edir.

Mingəçevirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, reqatanın ikinci gününə Kür çayı üzərində start verilib.

Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları turnirdə akademik avarçəkmə növündə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, turnirin birinci günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında beş yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası yeddi qızıl, on gümüş və səkkiz bürünc medal qazanıb.

“Prezident Kuboku – 2022” turnirinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.