Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb.
Müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi oxunub.
Qərar layihəsini Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Qərar layihəsi oxunduqdan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.