“Meta”nın 2025-ci il üçün böyük planları arasında atılacaq ilk addımlardan biri şirkətin işçi qüvvəsinin 5 faizini ixtisar etmək olacaq.
Bu barədə “Bloomberg” yazıb.
Bildirilib ki, şirkət süni intellektin inkişafını artırmaq üçün 3600 nəfəri işdən çıxarmağı planlaşdırır.
Aşağı nəticə göstərən işçilər müəyyən ediləcək və onlar işdən çıxarılmazdan əvvəl ətraflı qiymətləndirmədən keçəcəklər. İxtisar olunacaq işçilərə müvafiq kompensasiya ödəniləcək.
Bu addım süni intellektin inkişafını gücləndirmək və bu sahədə ehtiyac duyulan yeni kadrları işə götürmək üçün atılacaq.