Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının əsas ulduzu Lionel Messi barədə danışıb.
Mütəxəssis 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı ona təzyiqlərə son qoymağa çağırıb:
“Görəcəyik, hələ çox vaxt var. Onu rahat buraxın və təzyiq etməyi dayandırın. Milli komanda ilə karyerasını nə vaxt bitirəcəyinə özü qərar verəcək. Onu dəli etməyə ehtiyacımız yoxdur”.
Qeyd edək ki, Argentina Braziliyanı məğlub edərək 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Messi isə zədə səbəbindən millinin son oyunlarında iştirak etməyib.