“İnter Mayami”nin amerikalı hücumçusu Lionel Messi futbolçu karyerasının sonunadək Avropa klublarına qayıtmayacağını bildirib.
O, bu sözləri deyib:
“Barselona”ya qayıtmaq, həmişə olmaq istədiyim yerdə oynamaq imkanı əldə etmək istəyirdim. Amma bu, yenə mümkün olmadı. Sonra ailə olaraq qərar verdik. Dünya kubokunu qazanmağımızın da böyük təsiri oldu. Mənə aydın idi ki, Avropada başqa komandada oynamaq istəmirəm”.
Qeyd edək ki, bu mövsüm 37 yaşlı Lionel Messi “İnter Mayami”nin heyətində 10 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.