Mehriban Əliyevaya köməkçi təyin edilən Andrey Sipilin kimdir? – DOSYE

0
562

Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Yeni köməkçi bundan əvvəl – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.