Heydər Əliyev Fondu Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasimi ilə bağlı xərcləri üzərinə götürüb.
Mərhumun ailəsinə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından başsağlığı verilib.
Qeyd edək ki, dünən Türkiyədə vəfat edən H. Əliyevanın nəşi Naxçıvana aparılıb. Bu gün vəsiyyətinə uyğun olaraq Kələki kəndində dəfn olunacaq.