Mayın 28-i ictimai nəqliyyat işləməyəcək? – RƏSMİ AÇIQLAMA

0
446

28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günü olduğundan həmin tarixdə ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulub qoyulmadığı ilə bağlı məsələ qaranlıq olaraq qalır. 

 Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bu barədə məlumat verib.

“Hələ ki “ictimai nəqliyyat işləməyəcək” deyə bir qərar yoxdur. O qərarı biz vermirik, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bunun əksini göstərən bir qərar, yəni “işləməyəcək” deyə bir şey yoxdur. Həftəsonlarının qərarı var, amma 28 may günü ilə əlaqədar bir qərar yoxdur”.