Maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ: düz 6 saat…

0
14

Yanvarın 25-də maqnit qasırğası müşahidə ediləcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Təqdim olunan qrafiklər göstərir ki, yanvarın 25-də saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən G2 səviyyəsində (orta dərəcə) qasırğa Yer kürəsini bürüyəcək. İki saatdan sonra dalğalanma səngiməyə başlayacaq. Maqnit qasırğasının başladıqdan təxminən altı saat sonra sona çatacağı proqnozlaşdırılır.