
Avropanın aparıcı çempionatlarında bu gecə maraqlı oyunlar baş tutub.
Qarşılaşmalardan biri İngiltərədə keçirilib.
“Liverpul”la çempionluq yarışına girən və rəqibini 3 xal üstələyən “Mançester Siti” XXIX tur çərçivəsində “Kristal Palas”la matçda büdrəyib.
Xosep Qvardiolanın yetirmələri səfərdə rəqibin müqavimətini qıra bilməyiblər – 0:0.
Əgər “Liverpul” növbəti matçında qalib gəlsə, iki komanda arasındakı xal fərqi 1-ə enəcək.