Məzahir Süleymanzadənin onsuz ilk ad günü

0
363

Bu gün mərhum əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimi Məzahir Süleymanzadənin doğum günüdür.
20-dən çox publisistik kitab müəllifi, Ahıl Jurnalistlər Məclisinin sədri olmuş M.Süleymanzadənin kitablara sığmayan yüzlərlə yazısı dövrü mətbuatın sayıb-seçilən əsərlər kimi tanınmışdır.
M.Süleymanzadə onu tanıyanların qəlbində mehriban ata və yoldaş, sədaqətli dost və sirdaş, cəfakeş insan kimi yaşayır. Onsuz birinci ad günündə onu sevənlərin qəlbində ağır üzüntü yaşanır.
Yaşadığı yaradıcılıq ömrü, fədakar ata və dost yaşantısı heç bir zaman qəlblərdən silinməyəcək.
Onun xeyirxah əməlləri də bir kitaba sığan deyil. Bu həyatda xeyirliyə doğru addımları onlarca insanın xeyir-dualar ilə qarşılamışdır.
Ömrünün son dövrlərini çətinliklə yaşamış bu insan heç kimdən narazılıq etməmişdir və ondan da həmçinin kimsə narazılıq etməmişdir.
Qəlbinin işıqlı dünyası onu son mənzilində də nur içində yaşadacaqdır.

Sənubər