Dünya ulduzları dəfələrlə küçə gəzintisində paparazzilərin obyektivinə tuş gəlirlər. Onların səhnə geyimləri qədər, küçə tərzləri də müzakirələrə səbəb olur. Bizim məşhurları isə şəhərdə görmək heç də asan deyil. Onların küçə stilini yalnız sosial şəbəkədə paylaşdıqları fotolardan sezmək mümkündür. Ulduzlarımızın “Street fashion”ı heç də səhnədəki geyimlərindən seçilmir.
Xalq artisti Aygün Kazımova səhnədəki parlaq, fərqli geyimləri ilə hər zaman seçilib. Sənətçi səhnədə nə qədər qlamurdursa, gündəlik geyimlərində bir o qədər sadəliyə üstünlük verir.
Əməkdar artist Röya Ayxan hər zaman tamaşaçı qarşısına bahalı brendlərdən olan geyimlərlə çıxıb. İfaçının küçə tərzi isə idman stilli ayaqqabı, cins və köynəkdən ibarətdir.
Müğənni Zamiq Hüseynov səhnədə daha çox adi kostyumlara üstünlük verir. İfaçının küçə stili isə cins və ya idman stilində şalvardan, “t-shirt”dən və şortiklərdən ibarətdir.
Əməkdar artist Abbas Bağırovun “street fashion”ı cins və köynəkdən ibarətdir. Səhnədə isə müğənni kostyumlara üstünlük verir.
Əməkdar artist Manananın küçə stili idman geyimlərindən ibarətdir.
Müğənni Kərim Abbasovun isə səhnə geyimləri ilə, küçə stili o qədər də fərqlənmir. Yayda şortik və “t-shirt” geyinən Kərim, qışda da həm efirlərə, həm küçəyə, həm də şou-proqramlara şalvar və köynək geyinir.
Müğənni Günay İbrahimlinin isə küçə geyimi ilə səhnə libasları arasında fərq azdır. Onun “street fashion”ı səhnə paltarlarından yalnız ayağındakı ayaqqabının dabanı ilə fərqlənir. Belə ki, Günay səhnədə hündürdaban, gündəlik həyatda isə altıdüz ayaqqabılara üstünlük verir.
Meyxanaçı Namiq Qaraçuxurlunun isə səhnə və gündəlik geyimləri arasında demək olar ki, heç fərq yoxdur. Sənətçi hər zaman idman tərzini seçir.