Çex Respublikasında bir gün ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Ölkədə sutka ərzində koronavirusa 1 447 yoluxma müəyyən edilib.
Bu, bir gün əvvəl qeydə alınan 1 382 yoluxma faktından 65 nəfər çoxdur.
Ardıcıl dördüncü gündür, ölkə həkimləri mindən çox yeni yoluxma faktı qeyd edirlər ki, bu da infeksiyasının yayılmasının sürətləndiyini göstərir. Orta Avropa ölkələri üçün bu göstərici rekorddur. Praqa ən çətin epidemioloji vəziyyəti olan bölgələrdən biri hesab edilir.
Əhalisi 10,7 milyon nəfər olan Çex Respublikasında pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxan 33 860 nəfərin 450-si ölüb, 21 150 nəfər sağalıb.