Dünyaya əziyyət çəkib imtahan vermək üçün gəlsək də, arzuların tükənməzliyi sərhəd daşımır.
Şükür etməliyəm ki, əməllərimizin bəhrəsindən bir hissəsini bu dünyada görürük.
Ömür boyu öyrəndiklərimiz yalnız yaşam “havasını” qorumaq üçündür.
Sual altında qalan məqamlar inamımıza toxunmamalıdır, əks halda həyat cəhənnəmə çevrilir.
Düşündüklərini, hiss etdiklərini dilə gətirmə, gələmə almaq həyatı ehtiyaclardan biridir. Bu dünyada danışa bilməyən, əlləri olmayan birinin ayağı ilə yazı yazıb, iş gördüyünün də şahidi oluruq.
Yaşamın ən çətin yükünə sahib milyonlarla insanın iradəsi hər ehtiyacına yiyələnən insanlara nümunə olmalıdır.
Əslində hər ehtiyacına yiyələnən yoxdur, çox ehtiyacına yiyələnən var. Ehtiyacların çoxu gözüdoymazlıqdan da yarana bilər.
Yemək yemək ehtiyacından tutmuş, bütün dünyaya sahib olmaq ehtiyacından tutmuş, insanların varlığı birgə xoşbəxt yaşam arzularını kölgə altına alır.
Xoşbəxt yaşam səbr, gözütoxluq, sağlamlıq, ideal dostluq, birlik, sevgi insanlar arasında ciddi anlaşma, əməyin həyat amalı olmasını və bir çox başqa amilləri tələb edir.
Var-dövləti xoşbəxtlik hesab edənlər həddindən artıq dar düşüncəli insanlardır.
Mən isə, kiçik bir ehtiyacla kifayətlənirəm: istədiyim insanların yanında olmaq.
Allahın mənə verdiyi hər qisməti də onlarla bölüşməyə çalışıram.
Və bunun mənə verdiyi fərəh bir səadətdir. Ən böyük arzum isə imtahan dünyasına son verilməsi və hər bir insanın xoxbəxt yaşamasıdır. Mən buna inanıram. Amma o gün gələnə qədər özümüzü tərbiyə etməliyik.
Qismətə doğru qarmaq yox, iməkləmək lazımdır, ayaq altında kimisə basdalamayaraq deyə… və əldə etdiyimizi qorxu içində yeməyək deyə…
Qəlbin rahatlığı, təmizliyi, sevinci elə xoşbəxliyyin özüdür. İtirdiklərimizin peşmançılığını da çəkməsək… Bu itkilərin xeyirli tərəfini tapmağa çalışaq…
Sənubər