2022-23-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 3-də başlayacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Qeyd edək ki, oktyabrın 1-i və 2-si şənbə və bazara təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlama tarixi dəyişib.