Məhbuslar özlərini qəsdən koronavirusa yoluxdurdular – VİDEO

0
317

ABŞ-ın Los-Anceles şəhərində məhkumlar vaxtından əvvəl həbsxanadan çıxmaq üçün özlərini qəsdən koronavirusa yoluxdurublar.

Bildirilir ki, ötən ay təcridxanada məhkumlar temperaturlarını qaldırmaq üçün bir qabdan isti su içiblər, həmçinin, maskalarını bir-biri ilə dəyişiblər. Bu barədə penitensiar müəssisədə quraşdırılan müşahidə kameralarının videoyazılarını araşdırdıqdan sonra məlum olub.

Bu hadisədən bir həftə sonra 21 məhkumda koronavirus aşkarlanıb.

Qeyd edək ki, mart ayından etibarən ABŞ həbsxanalarında koronavirusun yayılmasının qarşısının alınması məqsədilə məhkumların azadlığa buraxılması barədə qərar qəbul edilib, az ağır cinayət törədənlərin, habelə yetkinlik yaşına çatmayanların, qocaların və xəstələrin sərbəst buraxılması planlaşdırılır.