Los-Anceles Olimpiya Oyunlarının müvəqqəti proqramı təsdiqlənib

0
299
Tokyo Olympic Games Stock (photo: Jack Spitser)

Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Oyunlarının müvəqqəti proqramına 28 idman növünü daxil edib.

Bu barədə qərar BOK-un sessiyasında qəbul edilib.

Bildirilir ki, BOK əvvəllər qurumun icraiyyə komitəsinin dəstəyini almış olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. 28 idman növünə “Tokio-2021” Oyunlarında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma daxildir.

Boks, ağır atletika və müasir beşnövçülük gözləmə siyahısında qalsa da, beynəlxalq federasiyalar Olimpiya proqramında yerlərini saxlamaq üçün islahatları başa çatdırmalıdırlar.