Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görəaat saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.