Liviya sahillərində dəhşətli faciə: 150 nəfər…

0
552

Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur.

 

Bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi verib.

Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək mümkün olub. Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının Tvitter səhifəsində qanunsuz miqrantları daşıyan gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı bildirilib. Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan həlak olub, 140 miqrant isə xilas edilərək sahilə çatdırılıb.