Livanda BMT sülhməramlıları atəşə tutulub

0
22

Livandakı bir qrup BMT sülhməramlısı Bedias kəndində patrul xidməti apararkən atəşə tutulub.

RİA Novosti bu barədə BMT-nin Livanın cənubundakı müvəqqəti qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Dünən günorta saatlarında Fransa və Finlandiya sülhməramlılarından ibarət BMT patrulu Bedias kəndində xidmət apararkən ən azı biri silahlı olan bir qrup şəxslə rastlaşıblar. Onlar sülhməramlıların dayan əmrinə tabe olmayıb” – məlumatda bildirilir.

Sülhməramlı bölmənin mətbuat xidməti patrula təxminən qırx atəş açıldığını deyib. Ehtimal edilir ki, bu “qeyri-dövlət birləşmələrinin” döyüşçüləri tərəfindən açılıb.

Qeyd edək ki, bu ifadə adətən Hizbullah və ya Livanın cənubundakı digər qruplarla bağlı işlədilir.