Laçın dəhlizində əslində nə baş verdi? – Azərbaycan monitorinqlərə başlayır

0
191

Xankəndi-Gorus yolunda (Laçın dəhlizi) nə baş verdi?

Yayılan məlumatlar, xüsusilə ermənilərin apardığı kampaniya Azərbaycanın Laçın dəhlizini bağladığı, guya Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını kəsdiyi yöndədir. Bu kampaniya ilə Azərbaycanı dünyaya mənfi imicdə təqdim etməyə çalışırlar və hədəflərinin nə olduğu da aydındır:

– Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz;
– Separatçı-terrorçu rejim, eyni zamanda, onların müdafiə edən tərəflər olmasa, erməni əhali çətin vəziyyətdə qalacaq;

Bütün bunlar birgəyaşayış və erməni əhalinin Bakı ilə təmaslar qurması perspektivinə qarşı yönəlmiş plandır. Halbuki, gerçəklər başqadır.

Birincisi, Azərbaycanın ümumiyyətlə Laçın dəhlizini bağlamaq planı yoxdur;

İkincisi, rəsmi Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin;

Üçüncüsü, sülhməramlılar yolun qeyri-humanitar məqsədlə üçün istifadəsinin qarşısını ala bilmədiyi, daha doğrusu, buna şərait yaratdıqları üçün nəzarət prosesində Azərbaycan da iştirak etməlidir: Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunu təsdiq edir;

Bu gün Xankəndi-Gorus yolunda baş verənlər Azərbaycanın öz suveren ərazilərində monitorinq aparması idi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

3 dekabr tarixində saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunub.

Danışıqlar nəticəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşları sülhməramlıların müşayiəti ilə Xankəndiyə yollanıblar. sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.

Xankəndi-Gorus yolunun açıldığına dair məlumatlar var.

Göründüyü kimi, Azərbaycanın məqsədi yolun bağlanması yox, öz suveren ərazilərində monitorinq aparılmasıdır. Xankəndində aparılan danışıqların məqsədi də böyük ehtimalla bundan sonra Qarabağ iqtisadi rayonunda ekoloji vəziyyətin monitorinqinin aparılmasını həyata keçirməkdir.

Və bu o deməkdir ki, bu gün Xankəndi-Gorus yolunda həyata keçirilən monitorinq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə bundan sonra da davam etdiriləcək. Azərbaycanın öz suveren ərazisində istənilən addımı atmaq hüququ var.