Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək – RƏSMİ

0
489

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.

“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci ildən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

Ləğv prosesində olan “AG BANK” ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsi

“AG BANK”

        “Azərbaycan Beynəlxalq Bankı”

Sıra №

“AG Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

Bakı şəhəri üzrə

  1 VİP filialı İçəri Şəhər, Qüllə küç., 16 MXD (Baş ofis)

 

Nizami küç.,  67
  3 Baş ofis C. Məmmədquluzadə küç., 102A Xətai filialı Nobel pr., 23
  4 Sahil filialı Azadlıq pr., 64 Abşeron filialı İzmir küç., 1033
  6 Nəsimi filialı S. Vurğun küç., 116 Nəqliyyat filialı

 

S.Rəhimov küç., 38
  7 Elmlər filialı İ.Qutqaşınlı küç., 89 Yasamal filialı İnşaatçılar pr., 44, 533-cü məhəllə
  8 Kaspian filialı Cəfər Cabbarlı küç., 44 Bakıxanov şöbəsi Məmmədcəfər Cəfərov küç., 28
  9 Nərimanov filialı Koroğlu Rəhimov küç., 3A Nərimanov filialı Akademik Həsən Əliyev küç., 94
10 Qaradağ filialı Salyan şosesi, “Şelflayihətikinti” İB-nin ərazisi Qaradağ filialı Neftçi Qurban Abbasov küç., 29
11 Uğur filialı Lökbatan qəs., “Yeni Bazar” ticarət kompleksinin ərazisi Mətbuat şöbəsi Mətbuat pr., 23M
12 Mərkəz filialı Əziz Əliyev küç., 9  

 

 

 

Səbail filialı

 

 

 

 

210-cu məhəllə, Lev Tolstoy küç., 191

13 Xətai filialı Yusif Səfərov küç., 23a
14 Yasamal filialı Ə. Haqverdiyev küç., 574-cü məhəllə, 5 saylı bina
15 Çıraq şöbəsi Ə. Cəlilov küçəsi 14/1

Regionlar üzrə

16 Ağdaş filialı Ağdaş ş.,

Heydər Əliyev pr., 103

Ağdaş filialı Ağdaş ş.,

Heydər Əliyev pr., 103

17 Sumqayıt filialı Sumqayıt ş.,

Sülh küç., 30c-u kvartal.

Sumqayıt filialı Sumqаyıt ş.,

S. Vurğun küç., 112/14

18 Gəncə filialı Gəncə ş.,

Heydər Əliyev pr., 125

Gəncə filialı Gəncə ş.,

Heydər Əliyev pr., 696

19 Salyan filialı Salyan ş.,

T. Xəlilbəyli küç., 77

Salyan şöbəsi Salyan ş.,

Heydər Əliyev küç., 103

20 Yevlax filialı Yevlax ş.,

Heydər Əliyev pr., 28

Yevlax filialı Yevlax ş.,

Heydər Əliyev pr., 27

21 Şamaxı filialı Şamaxı ş.,

Şirvani küç., 67

Şamaxı filialı Şamaxı ş.,

M. Ə. Rəsulzadə küç., 85

Ləğv prosesində olan “NBC BANK” ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsi

 

“NBC BANK”

       “Azərbaycan Beynəlxalq Bankı”

Sıra №

“NBC Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

BAKI ŞƏHƏRİ ÜZRƏ

  1 Sahil filialı Nizami küç., ev 68 MXD (Baş ofis)

 

Nizami küç.,  67
  2 Nəsimi filialı Azadlıq pr., 81 Nəsimi filialı 28 may küçəsi, 21A
  3 Mərkəz filialı Ş. Mustafayev küç., 27/121 Nəqliyyat filialı

 

S.Rəhimov küç., 38
  4 1 saylı filial Füzuli küçəsi, 73 Bakıxanov şöbəsi Məmmədcəfər Cəfərov küç., 28
  5 Gənclik filialı F.X.Xoyski küçəsi, 104A Nərimanov filialı Akademik Həsən Əliyev küç., 94
  6 Yasamal filialı H.Cavid pr., 30, 558-ci məhəllə Qaradağ filialı Neftçi Qurban Abbasov küç., 29
  7 Baş ofis Müzəffər Nərimanov küç., məhəllə 2054  

 

 

Sənaye filialı

 

 

 

Babək pr., 1145-ci məhəllə

  8 Babək filialı Babək pr., 2199-cu məhəllə
  9 Əhmədli filialı Məhəmməd Hadı küç., 41

Regionlar üzrə

10 Sumqayıt filialı Sumqayıt ş., 3-cü mkr.,

Heydər Əliyev pr., 22/54

Sumqayıt filialı Sumqаyıt ş.,

S. Vurğun küç., 112/14

11 Gəncə filialı Gəncə ş., Heydər Əliyev pr. 505 Gəncə filialı Gəncə ş.,

Heydər Əliyev pr., 696

12 Lənkəran filialı Lənkəran ş.,

Mir-Mustafaxan küç., ev 30

Lənkəran filialı Lənkəran ş.,

Ş. Axundov küç., 16

13 Şəki filialı Şəki ş.,

M.Ə.Rəsulzadə pr., 180

Şəki filialı Şəki ş.,

Heydər Əliyev küç., 61A