Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov kütləvi informasiya vasitələrində çalışanların qeydiyyatı ilə bağlı məsələyə aydınlıq gətirib.
NK rəsmisi bununla bağlı sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib. O bildirib ki, KİV nümayəndələri də “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.
Qeyd edək, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyətinə icazə verilən sahələr açıqlanıb.