Küçəyə çıxma qadağası daha bir həftə uzadıldı

0
716

İraqda yeni tip koronavirusla bağlı küçəyə çıxma qadağası daha 1 həftə uzadılıb.

Bu barədə İraq Ali Səhiyyə Komissiyası məlumat yayıb.

Qeyd edək ki, ölkə üzrə yeni tip koronavirusa yoluxanların sayı 11 min 98-ə, ölənlərin sayı isə 318 nəfərə çatıb. İraqda ötən gün ən çox yoluxma faktı (252 nəfər) qeydə alınıb. Eyni zamanda, ən çox ölüm halı da yaşanıb. Sutka ərzində 33 nəfər pandemiyadan həyatını itirib.