Kreml: “Delyaginin Azərbaycanla bağlı açıqlaması Moskvanın siyasi xəttinə uyğun deyil” – AUDİO

0
389

Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Rusiya Prezidentinin sözçüsü, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın siyasi xəttinə uyğun olmadığını vurğulayıb.

“Bu açıqlama şəxsi emosiyalar müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, – deyə D.Peskov vurğulayıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı təxribat xarakterli fikirlər səsləndirib. 

O, Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/52154/