Sümük kütləsinin azalması, böyrək və ürəklə bağlı problemlər və s. Kosmik uçuş insan orqanizmi üçün çox ciddi sınaq olsa da, Yerə qayıtdıqdan 3 ay sonra bütün həyati funksiyalar tam bərpa olunur.
Tədqiqatçılar 2021-ci ildə heç bir astronavtın müşayiət etmədiyi 3 gün yerətrafı orbitdə hərəkət edən 4 kosmik turisti müayinə edərək qeyd edilən qənaətə gəliblər. Əldə edilən məlumatlar yüzədək elmi-tədqiqat müəssisəsi ilə paylaşılıb.
Müəyyən olunub ki, kosmik uçuş, ürək, böyrək və görmədə problemlər yarada bilər. Lakin bunlar hamısı ən geci 3 aya bərpa olunur.
Bu tədqiqat Marsa səyahətlə bağlı da ümidləri artırıb. Məqalə müəlliflərinin fikrincə, insan Marsa gedə bilər. Amma yol boyu aldığı şüanın dozası çox olduğundan Yerə qayıtdıqdan sonra dializə ehtiyacı yaranacaq.