Kosmik gəmi 43 il sonra milyardlarla kilometr uzaqlıqdan siqnal verdi

0
10

NASA kosmosun dərinliklərinə göndərdiyi ən uzaq məsafəni qət edən kosmik gəmi olan “Voyager 1”dən siqnal alıb.

NASA Yerdən 24,3 milyard kilometr uzaqlıqda səyahətinə davam edən bəşəriyyətin ən uzaq kosmik gəmisi “Voyager 1”dən yeni siqnal alıb.

Qeyd edək ki, rabitə problemləri yarandıqdan sonra 1981-ci ildən bəri kosmik gəmi ilə əlaqə saxlamaq mümkün olmayıb.

NASA-nın hesablamalarına görə, bu kəsintiyə “Voyager 1”ə qızdırıcını söndürmək üçün göndərilən təlimat səbəb olub. Bu təlimatlar kosmik gəminin nasazlıqdan qorunma sistemini işə salıb. “X-band” ötürücüsünün bağlanmasına səbəb olub.

“Voyager 1”in Yerdən bu qədər uzaqda olması kosmik gəmiyə müdaxilə və texniki xidmət işlərini çox çətinləşdirir. Lakin bütün çətinliklərə baxmayaraq, bu tarixi vasitə Günəş sistemindən kənarda ulduzlararası kosmosdan kritik məlumatları ötürməyə davam edir.