Koronavirusun yeni ştamı 29 ölkədə aşkar edildi – SOS

0
251

Dünyada yenə narahatlıq başladı. Belə ki, koronavirusun mutasiyaya uğramış yeni forması – “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib.

Onun sözlərinə görə, yeni ştam artıq 29 ölkədə tapılıb:

“Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

Bildirib ki, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.