Koronavirusun mövsümiliyi barədə ÜST-dən açıqlama

0
403
Mother is wearing a cloth mask for little girl protect herself from Coronavirus when child leave the house mom is wearing mask on her nose for safety outdoor activity,illness or Air pollution.

 

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu mövsümi xəstəlik saymır.

Bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove onlayn brifinq zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə yoluxucu infeksiya dalğaları müzakirə olunduqda, bu cür xəstəliklərin mövsümi olduğu görünür (qripdə olduğu kimi). Onun fəallığı Şimal və Cənub Yarımkürələrində qış aylarında infeksiyaların artmasında əks olunur.

“Amma biz hələ ki, bu virusda (SARS-CoV-2) mövsümilik görmürük. O, hər şəraitdə, iqlimdə və bölgələrdə dövr edir”, – deyə mütəxəssis vurğulayıb.

Van Kerkhove bəzi ölkələrdə infeksiya sayının artmasının məhdudlaşdırıcı tədbirlərin götürülməsi ilə əlaqəli olduğunu izah edib. Belə ki, səlahiyyətlilər yoluxmanın pikini azalda və infeksiyanın yayılmasını nəzarət altına ala bilirlər, lakin, karantin yumşaldıqdan sonra xəstəlik yenidən yayılır.