Koronavirusla bağlı gündəmi alt-üst edən xəbər yayıldı: ABŞ və Çinin birgə planı olub…

0
597

Böyük Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti koronavirusun yayılması ilə bağlı gündəmi alt-üst edən məqalə yayımlayıb.
Ciddi dəlillərə əsaslandırılan məqalədə qeyd olunur ki, ABŞ və Çin virusun ortaya çıxdığı iddia edilən Uhan Virusologiya İnstitutunda birgə bioloji eksperimentlər aparıb. İddialara görə, ABŞ yarasalar üzərində aparılan təcrübələr üçün 3,7 milyon dollar vəsait ayırıb. Məqalədə vurğulanır ki, virus yarasalara yoluxandan sonra bir müddət dəyişikliyə məruz qalıb.
Yarasaların immunitet sistemi güclü olduğuna görə, “Covid-19” bu canlılarda ciddi fəsad törətməyib. Lakin virus məməlilələrə yoluxandan sonra ölümcül hal alıb. Uhan Virusologiya İnstitutundan 600 kilometr məsafədə yerləşən mağaradakı heyvanlarda “Covid-19”un tapılması da bununla izah edilir.
Qeyd edək ki, bundan əvvəl yayılmış iddiaya görə, virus institutda işləyən həkimin səhlənkarlığı nəticəsində yayılıb. Həkim, tərkibində virus olan qanı səhvən ətrafa püskürdüb və nəticədə virus insanlar arasında yayılıb. Çin iddiaları qəti şəkildə təkzib edir.