Koronavirusa yoluxan “birinci xəstə” Uhanda Virusologiya İnstitutunun laboratoriyasında işləyib

0
363

Koronavirusa yoluxan “birinci xəstə” Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyib.

Bildirilib ki, “Çin hökumətinin erkən hərəkətlərinin təfərrüatları ilə tanış olan və müvafiq sənədləri görən” laboratoriya işçisi yarasa koronavirusuna yoluxub və sonra xəstəlik yerli sakinlər arasında yayılıb.

Mənbə Çini tarixdəki “ən bahalı dəlil gizlətmə əməliyyatı”nda ittiham edib.

Bununla yanaşı, laboratoriyanın bioloji silah hazırlamadığı vurğulanır. Əsas məqsəd Çin alimləri tərəfindən virus araşdırmalarının uğurlu nəticələrini nümayiş etdirmək olub.