Koronavirusa ən çox D vitamini çatışmazlığı olanlar yoluxur

0
391

Covid-19-la D vitamini çatışmazlığı arasındakı əlaqə bir daha sübut olunub.

İspaniyada aparılan bir araşdırmada Covid-19 xəstələrinin 80 faizində  D vitamini çatışmazlığının olduğu müəyyən olunub. Nəticələri “Journal of Clinical Endocrinology & Metabolism” jurnalında yayımlanan araşdırma, D vitamini çatışmazlığı ilə Covid-19-a yoluxma arasındakı əlaqəninin olduğunu ortaya qoyub.

Tədqiqat çərçivəsində İspaniyanın Marques de Valdecilla Universiteti Xəstəxanasında olan 216 Covid-19 xəstəsinin 80 faizinin D vitamini çatışmazlığı olduğu və kişilərdə D vitamininin qadınlardan daha aşağı olduğu müşahidə edilib. D vitamini çatışmazlığı olan koronavirus xəstələrində Ferritin və D-dimer kimi iltihab markerlərinin serum səviyyələrinin də artdığı aşkar olunub.

Tədqiqat qrupunun üzvü Jos Hernandez, qanlarında D vitamini səviyyəsi aşağı olan Covid-19 xəstələrinə D vitamini qəbul etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, Həm əzələlərə, həm skeletə, həm də immunitet sisteminə faydalı təsir göstərər.

D vitamininin immunitet sisteminə soyuqdəymə və qrip kimi infeksiyalarla mübarizə aparmaq üçün böyük dəstək verdiyi məlumdur. ABŞ-ın Northwestern Universitetinin mütəxəssisləri bu əlaqəni ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, İsveçrə, İran, Cənubi Koreya və Çin xəstəxanalarındakı Covid-19 xəstələrindən toplanan məlumatlarını araşdıraraq aşkar ediblər.Sinqapurda aparılan araşdırmada da D3 və B12 vitaminləri ilə maqnezium mineralının birgə qəbulunun Covid-19-un yaşı 50-dən çox olan xəstələrdə ölümcül və ya ağır bir mərhələyə keçməsinin qarşısını ala biləcəyi aşkar edilib.