Koronavirus vaksininin ixtiraçısına 1 milyon ABŞ dolları veriləcək

0
435

Vladimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski koronavirus vaksinini ixtira edənə külli müdarda pul mükafatı vəd edib.

Bu barədə Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, dövət başçısı COVID-19 infeksiyasını ixtira edənə 1 milyon ABŞ dolları verəcək.

“Sizə sirr açacam. Prezident məndən bizim akademiklərimizə məktublar yazmağı xahiş etdi. Dövlət başçısı söz verdi ki, əgər kimsə (COVID-19 -red) vaksini və ya dərmanı ixtira etsə,  o, azı 1 milyon ABŞ dolları mükafat alacaq. Ancaq bilmirəm hansı fonddan”, – Lyaşko “Sol sahil” nəşrinə bildirib.

O həmçinin qeyd edib ki, ölkədə epidemiologiya ilə bağlı vəziyyət optimist ssenari üzrə inkişaf edir, proqnozlara görə, pandemiya müddətində əhalinin 2%-dən azı virusa yoluxa bilər.

Ukraynanın Səhiyyə Nazirliyinin 12 aprelə olan məlumatına görə, ölkədə COVID-19-a 2 777 yoluxma qeydə alınıb, 83 nəfər ölüb, 89 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyondan çox yoluxma qeydə alınıb, 105 mindən artıq insan pandemiyanın qurbanı olub.