Dünya əhalisinin 90 faizində infeksiyaya qarşı immunitet yaranarsa, koronavirus tamamilə yox ola bilər.
Bu barədə rusiyalı tibb elmləri doktoru, professor Sergey Balaxonov danışıb.
“İnfeksiyalar zəncirinin kəsilməsi üçün əhalinin 65-70, daha yaxşı halda 90 faizində koronavirusa qarşı immunitet yaranmalıdır. Hətta həssas orqanizm xaricində mövcud ola bilmədiyi üçün patogenin tamamilə yox olma ehtimalı var. Kütləvi immunitet infeksiyaya yoluxduqdan sonra və peyvəndlənmə nəticəsində qazanılır”, – ekspert bildirib.Mütəxəssisin sözlərinə görə, peyvəndlər insanın infeksiya nəticəsində qazandığı immunitetdən daha dayanıqlı və güclü immunitet yaradır. Balaxonov bunun yoluxucu proses zamanı virusun bəzi zülallarının insan orqanizminin reaksiyalarını boğması və immunitetin əmələ gəlməsinin qarşısını alması ilə izah edib. O bildirib ki, bu barədə elmi tədqiqatlar var.