Koronavirusun mutasiyaya uğraması səbəbindən az qala bütün ölkələrin İngiltərəyə uçuşları dayandırması ingilis mediasında geniş müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, “Times” qəzeti bütün Avropanın qapılarını İngiltərəyə bağladığını yazıb.
“Daily Mirror” isə baş verənlərə görə İngiltərə Baş naziri Boris Consonu ittiham edib. Qəzet Consonu “Avropanın ən xəstə adamı” adlandırıb.
Ən pis Yeni İl olacaq və əzab hələ davam edəcək.
“Financial Times”-in manşeti isə belədir: “Nəzarətdən çıxan COVID-19-un mutasiyayası, məhdudiyyətlərin aylarla qalacağı deməkdir”.
“Guardian” isə Baş nazir Consonun lap əvvəldən hərəkətə keçməsinin vacib olduğunu yazıb:
“COVID-19-un haradan qaynaqlandığı məlum olmasa da, nazirləri bir həftədir nələrinsə düzgün getmədiyini hiss edirdilər. Ötən həftənin əvvəlində “British Medical Journal” və “Health Service” jurnalları vəziyyətin belə davam edəcəyi, Yeni İldə planlaşdırılan məhdudiyyətlərin tətbiq ediləməyəcəyi təqdirdə belə, xəstəxanalarda 19 min xəstənin olacağını ehtimal edirdi. Bu da aprel ayındakı birinci dalğanın zirvəsindəki ilə yeni rəqəmdir”