Kök atan şəhidlər….

0
283

Nadir kişi ogluna tikdiyi yeni evdə dörd yaşlı nəvəsi İlkinlə xalçanın üstündə oturub dava- dava oynayırdılar.İlkin babasının ona aldıgı kiçik avtomatla onu “vurur”,baba da ” vay öldüm ” deyib yıxılırdı.Bundan sevinən nəvə sevinclə mətbəxə qaçır,xörək bişirən nənəsinə babanın necə yıxıldıgını izah etməyə çalışırdı.Nənə də onun sevincinə şərik olurdu.
Bu mənzərəni seyr edən gəlini Aysellə,oglu Vüqar da gülümsəyir,geçə eşitdikləri xəbəri bilməyən valideynlərinə və balaca ogluna baxıb sarsıntılarını bildirməməyə çalışırdılar.
Bəli ,eşitdiklləri bəd xəbərdən Aysel daha narahat idi.Hamilə olması da onu çox darıxdırırdı.
Payızın ilk ayının havasından barıt iyi gəlirdi…
Vəhşi qonşuların daim atəşkəsi pozmaları,sərhədlərimiz boyu ərazilərimizi atəşə tutmalar,dinc əhalini güllələrə tuş etmələri nəhayət,cavabsız qala bilməzdi! Artııq ötən illər ərzində nə qədər şəhidimiz,qazilərimiz vardı!. Səbr etmək də bir həddə qədər olardı..
Dogru yola gəlmək üçün aparılan danışıqllara əhəmiyyət verməyən qatil millətin cavabını verməyə hər an hazır olan ordumuz,səbri daşan gənc könüllülərimiz Ali Baş Komandanın əmrini səbrsizlliklə gözləyirdilər.
Səhər qonşu Əsəd Vüqarı həyət qapısına çagırdı.Vüqar artıq neçə gün idi bunu gözləyirmiş kimi hərəkətə gəldi…Bəli,onu hərbi komissarlıga çagırırdilar…
O,ata-anası,xüsusən də İlkin hiss etməsin deyə Ayselə məsələnin nə yerdə oldugunu,cəbhəyə gedəcəyini izah etdi..
Görünür,Ayselin narahatlıgı əbəs deyimiş….
Müharibə başlayırdı..
Vüqar hərbi komissarlıqdan qayıdanda Aysel onun üzündə sevinc qarışıq kədəri də hiss etdi…
Dogma ailəsindən ayrılmaqdan çox Vətənin xilasına getməyə tələsirdi…
Ertəsi gün Vüqar evdəkilərlə sagollaşanda atası duruxdu:-Oglum,hara belə tələsirsən?-deyə soruşanda, Vüqar özünü itirmədən:-Heç ata,dostumla getməli yerım var -deyib,atasını öpüb cəld addımlarla ayrıldı,ayrıldı ki, anası bilsə hay-haray salacaq,ki.i duyuq düşəcək.Odur ki,Vüqar oglu və Ayselllə sagollaşanda qulagına”” televizoru hələlik 8açma”,- dedi…
O getdi…..
Artıq əmr verilmiş.,müharibə başlamış,qızğın döyüşlər Suqovuşan,Fizuli,Zəngilan,
Kəlbəcər,Agdam və demək olar ki, bütün istiqamətlərdə gedirdi..Vüqar bu i
döyüşlərdə şəhid olan dostlarını gördükcə düşmənə nifrəti daha da artırdı.O,işgal olunmuş ərazilərimizdəki xarabalıqları gördükcə:– buraların, şəhidlərimin hayıfını sizdə qoymayacagam,-deyirdi….
Növbəti hücum zamanı meşə yolundan keçərkən, qarşılarına yaralanmış əsgər və çiynində gətirdiyi yaralının başından axan qanını təmizləyib,alnını sarımaga kömək etdi.Yaralı hey zarıyır,xiriltılı səslə,-ata- anama heç nə deməyin-deyirdi.Vüqar onların hər ikisinə yardım göstərmək üçün yaxınlıqdakı əsgər dostunu çagırdı.Onlar hər iki yaralıya yardım etsələr də başından snayper yarası almış döyüşçü artıq şəhid olmuşdu….
Vüqar məllumatı komandirinə çatdırdı..
Şəhidin atasına zəng edib,səbrlə başa saldılar ki ,oglu agır yaralanıb..Atanın xəbəri eşidən kimi dərin köks ötürdüyünü səsindən hiss etdilər…Ertəsi gün komandirə atanın döyüş yerinə gəldiyini dedilər.Vüqar imkan tapıb onunla görüşmək istədi.
Bura gələndə atanın yanında həyat yoldaşının da oldugunu gördü.Ata gəlməyə qoymasa da ana təkidlə gələcəyini ona demiş və hərbi hissəyə gəllmişdi..Onların hər iki oglu elə ilk gündən döyüşlərdə olmaqla mərdlik və şücaət göstərmişdilər.Ananın ürəyi döyünməyə başladı..qarşısına oglunun tabutu qoyulmuşdu,amma özü bilmirdi ki,ogludur…..Həyat yoldaşına baxıb astaca aglayan ata bilmirdi ki, bunlara ana necə dözəcək?!
Ana biləndə ki,tabutdakı onun ogludur,şivən qopardı.!!..Bayaqdan ogluna baş çəkməyə gəldiyini bilirdi… İndi isə oglunun meyidi önündədir..
Nədənsə əri getmək barədə düşünmürdü..Odur ki,qadın evlərinə getməyə tələsdiyini bildirdi. Kişini elə bil cərəyan vurmuşdu..Yerində donub qalaraq heç kəslə danışmıırdı.Bir az əvvəl həyat yoldaşına təsəlli verir ,burda səs- küy yaratma ,oglumuz Vətən yolunda ,sənin ,mənim ugrumuzda şəhid olub deyirdi.İndi gözlərini yola zilləyib qalmışdı.Acısını ürəyində çəkirdi… Birdən:kimi gözləyirik,gedək də deyib bagıran arvadına sarı dönüb dedi:Səbr elə,gedəcəyik.
Atanın köks ötürərək qarşıdan gələn əsgərləri görən kimi agladıgını gördü..Onlar çətinliklə növbəti tabutu da maşına qoyanda kişi :-Otur ,gedirik,-..Amma özünü təmkinli aparacaqsan,-dedi.
Ana heç təsəvvürünə də gətirə bilməzdi ki,hər iki tabutdakı şəhidlər onun ogullarıdir..
Yolda ərinə dedi ki,bu hansı bədbəxtin ogludur,görəsən?
Kişi birdən sərt ifadə ilə arvadına:-O bədbəxt də bizik,- dedi.
Qadın xeyli müddət heç nə anlaya bilmədi,fikri şəhid olan bu oglunun yanında idi .
Birdən havalı kimi bagırdi:-Yoxsa bu da bizim uşaqdır?!
Ömründə ərinin agladıgını görməyən qadın ərinin hönkür- hönkür agladıgını görüb tabuta sarıldı..
Bəli ,qoşa qəhrəman,igid cəsur ogullarının Vətən ugrunda canlarını qurban vermələrindən qururlansa da harayından sürücü diksinib ani olaraq ürəyi keçmiş anaya kömək etmək üçün maşınl saxladl,həyat yoldaşı da qorxundu.Sürücü
onun üzünə su çilədi,deyəsən ana yavaş yavaş ayılırdı..,sonra ona stəkanda su verdi…Ana ogullarını necə böyütdüb, onlara təhsil vermələrini,toylarına hazırlıq görmələrini bir – bir xəyalından keçirdikcə onları bir daha görə bilməyəcəyini təsəvvürünə belə gətirə bilmirdi…..
Kənd camaatı onları çoxdan gözləyir,narahatlıq keçirirdilər Birdən maşının gəldiyini gördülər və camaatda canlanma başlandı,onları böyük hörmətlə qarşıladılar..Rayonun başçısı və digər rəsmi adamlarla yanaşı, hər iki şəhid qardaşın döyüş yoldaşları da onlarla vidalaşmaga gəlmişdilər.Vüqar da buraya gələn döyüş yoldaşları ilə vida mərasimində idi…
Dəfn mərasimi bitdikdən sonra Vüqar döstları ilə yenidən döyüş bölgəsinə dönüb şəhid qardaşların qisasını alacaqlarına söz verdilər…

Vüqarın göyüş bölgəsində oldugugunu biləndən hamı hər gün televizorun önündən çəkilmirdilər ki, bəllkə onu görərlər.Döyüşlərə qatılan hər bir igidimizin anaları eyni hissləri keçirirlər:-Görəsən,oglum müharibədən sag salamat qayıda biləcəkmi,təki gəlsin qurban kəsəcəm,amma həmin qurbanlar yas məclislərinə kəsilirdi …
Ana çox narahat idi.Onunbelə qızgın döyüşlərdən qayıdacagına inana bilmirdisə də,onu itirə biləcəyini isə agllna belə gətirmirdi.Hər gün işgsl olunmuş ərazilərimizin alınmasına uşaq kimi sevinirdilər.Balaca İlkin atasının da orada vuruşdugunu bilsə də onun babası kimi” ölməsini” istəmirdi.Şəhidlərimiz artdıqca,torpaqlarımız işgaldan azad olurdu….
Ayselin hamiləliyinin son ayları idi…Mühari4bə isə hələ bitmirdi.Mənfur düşmən torpaqlarımızdan getmək bilmirdi.Artıq “Dəmir yumruq” işə düşdü.Düşmən ordusu böyük itki və tələfatllara dözə bilməyib,silah sursatlarını,hərbi texnikalarını ataraq qaçmaga başladı….
Döyüşlərin birində Vüqar düşmənin tankını məhv edərək,qəniməti ələ keçirdi.Tankın üzərinə çıxdı.Bayragımızı sancıb düşərkən düşmən gülləsinə tuş gəldi.Bir anlıq inana bilmədi ki həyatına son qoyuldu…Şuşaya çatmaga günlər qalmışdı..Oranı azad etmək arzusuyla könüllü olaraq müharibəyə getmişdi..Bu nədir,son anlarda arzusuna sonmu qoyulur.??!!
Komandir tez onu oradan çıxarmagı əsgərə əmr edəndə komandirin nişan alındııgını görən Vüqarın dostu özünü komandirin önünə attdı.Güllə onun sinəsini dəldi..Komandir ani olaraq nə baş verdiyini anlaya bimədi…
Sonra dərk etdi ki,bizim əsgərlərimizin igid, qorxmaz ,mübariz olmalarına heç bir yerdə tay ola bilməz….Düşmən əsgərləri bir – birinin qənimi oldugu halda,qorxularından əllərindəki silahları qoyub qaçdıqları halda, bizimkilər son ana qədər- şəhidlik zirvəsinədək gözüaçıq, mərdanə, yalnız irəliyə gedirdilər..Budur,Vətənə sevgi,Vətənə baglılıq,onun hər qarışı ugrunda ölümün gözünə dik baxmaq!!!
Vüqar da,Vüqar kimilər də bu amalla,bu məqsədlə könüllü olaraq düşməni məhv etməyə,torpaqlarımızı azad etməyə getmiş şəhid olaraq qayıtmışlar!!!…
Vüqarın dəfni də çox izdihamlı keçdi…
Nə Aysel,nə də Vüqarın ata-anası inana bilmirdilər ki,özü gedən oğulu bu qədər insan gətirəcək….
İlkin isə əlindəki avtomatla əsgər paltarında olanlara”atəş” açır,guya onları”öldürürdü”…
Babasının və nənəsinin agladıgını görüb duruxdu. Uşaq nəsə anlamaq istədi.Lakin, bilmədi ki, bu andan o ,şəhid ogludur…
Babasına verilmiş bayragımızı ondan alıb,otagına gətirdi.Aglayan anasına verib:-ana bunu atam göndərib?-dedi.
–Aysel aglaya. aglaya:
-Hə oglum,atan sənin üçün göndərib -cavab verdi
İlkin:
-Ana,bəs atam özü niyə gəlmədi?Niyə bu qədər adam yıgışıb?Niyə hamı aglayır?,-coruşdu.Aysel söz tapmadı .
…Qəbristanlıq yaxınlıqda oldugundan əsgərlərin atdıqları yaylım atəşlərindən İlkin diksindi və tez avtomatını götürüb:
–Mən də gedim düşmənləri öldürüm – deyərək çölə çıxmaq istəsə də onu buraxmadı…
–Oglum, burda düşmən yoxdur,atan düşmənləri öldürüb,– dedi.
İlkin qeyri-adi olaraq:
–Onda atam qəhrəmandır- dedi.
–Qəhrəman şəhiddir,atan.Onlar evə gəlmirlər ki! Onlar göydən bizə ,sənə uşaqlarına baxirlar,-dedi
İlkin gözünü göyə zilləyib:
–.Bəs mən niyə onu görmürəm,-uşaq sadəlövhlüyü ilə bir də soruşdu.
–Oglum ,görəcəksən,tələsmə –deyib onu qucaqlayıb üzündən öpərək gözünün yaşını İlkinin üzünə sürtdü…
Bu vaxt qonşudakı şəhidin qızı İlkinin yanına gəlib soruşdu:
–İlkin,sən heç atanla danışırsan?-İkin başı ilə yox işarəsini verdi..-
-Mən hər gün onunla söhbət edirəm ,- dedi
Uşaqların bu söhbəti Ayseli daha da sarsıtdı,bir yandan da deyəsən sancıları başlayırdı….Özünü toparlayıb:
-Uşaqlar,siz hələ balacasınız,bir az böyüyən kimi hər şeyi anlayacaqsız- dedi.

Qaynanası Ayselin rəngi rufunun dəyişdiyini görüb,narahatlıq keçirdi.On günə yaxın idi ki,aldıgı sarsıntıdan Ayselin əhvalı tez-tez dəyişirdi.Ana gəlinin yaşlı gözlərini silib ,onu qucaqladı.Ürəyində-“Gözəl qızım ,sənin dul qalan vaxtin idimi?Vüqar ,yandırdın bizi!”–fikri keçdi..
Evlərinə gəlib – gedənlərin,dərdlərinə şərik olanların sayı-hesabı yox idi.
On gündən sonra Ayseli xəstəxanaya aparan ana :
–Vüqarım gəldi- dedi.
Bəli,yeni dogulmuş nəvəsini Vüqar adlandırdi….
Ayselin xəstəxanadan çıxmasından xəbər tutanların hamısı burada idi..
Aysel həyətdəki izdihamı görəndə çox kövrəldi və aglamaga başladı… Burada komissarlıqdan tutmuş,rayon rəhbərliyinədək hamı onun bayıra çıxmasını həyəcanla gözləyirdilər…
Körpə qucaqdan qucaga öturüldükcə Aysel onların arasında yalnız Vüqarını görmək istəyirdi,başını aşagı dikib ərinə verilən yüksək dəyərin,şəhid övladına olan xalq sevgisini görüb,başlnı dik tutdu:–Mən Vüqarı Vüqar kimi qəhrəman böyüdəcəyəm- deyərək buraya toplaşanlara təşəkkürünü bildirdi..
Bu zaman İlkin dostu olan qonşu qızı ilə anasının yanıına gəldi.:
–Ana, hamı deyir ki,atam gəlib,hardadır?-dedi.
Aysel nənəsinin qucagındakı körpəni gostərib :
–Odur,nənənin qucagında ,- deyəndə İlkin duruxdu ki, atam nənənin qucagına necə yerləşər?

  • Nənəsi ona;-İlkin ,bu sənin körpə atan,mənim isə körpə oglumdur,- dedi.
    Uşaq təəccüblə hamıya baxır,atasının necə ” körpə” oldugunu dərk edə bilmirdi…..
    ….Mədəniyyət evində izdihamlı tədbir keçirilirdi..Zəfərimizə həsr olunmuş bu tədbirə Nadir kişi də dəvət allmışdı.Rayon rəhbərləri,deputatlar və digər ictimai təşkilatlar dəvət olunmuş bu tədbirdə şəhid ailələrinə xüsusi diqqətlə yanaşırdılar.Həmin hörmətli agsaqqallardan biri də Vüqarın atası Nadir kişi v ə onun ailəsi idi.Onlara ön cərgədə yer ayırmışdılar.Natiq kişi ətrafda oturanların öz övladlarının igidliklərindən həvəslə ,fəxrlə,danışdıqlarına ürək agrısı ilə qulaq asırdı.Zal agzına kimi dolmuşdu.
    Nadir kişinin də ürəyində belə bir qürur hissi oyandı.Bu günə kimi özünü ələ ala bilməyən ata,indi sanki ayıldı..
    Zalda Azərbaycanın himni çalındı .Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla anıldı. Ardınca çıxışlar başlandı.Şəhid ata-analarına söz verildi Kürsüyə rayonun məsul işçıləri çıxaraq şəhidlərimizin şücaətindən böyük ruh yüksəkliyi ilə danışırdılar.Zəfərimizə həsr olunmuş sənədli rolik nümayiş olundu.
    Söz ” Şəhid aiİələrinə və qazilərə qaygı” İctimai Birliyinin sədrinə verildi.O,kürsüyə yaxınlaşdı və tələsmədən çlxışa başladı…
    Bəli,torpaqlarımızı işgaldan azad olunmasında respublikamızın bütün rayon bə kəndlərindən olan Vətən Müharibəsi Qəhrəmanları olan şəhidlərimizdən-gərargah rəisi kappitan Əsəd Həsənovun,Əsəd Əsədli vəə Nicat Əhmədovun,Cavid Cabbarzadə,Vüqar Agayev,Murad,Cəmil,Qoşqar Üzeyirov,Ruslan,Fizuli,Vüsal,Turqut,Elman,Ülvi,Xəqani,Həsənaga,Miqdad,,Murov qartalı” Fəxri Qəribzadə,İman və Bəhram qardaşları Fərman,İsmayıl,Sübhan,Rəşid,Teymur, Nurlan və minlərlə digər ləyaqətli ,vətənpərvər şəhid balalarımızın anım və mövludu günlərində analaraməməvi dəstək olaraq,onların kədərinə şərik olmuşuq.
    Gənclərimiz bu yolun dönüşünün olmadıgını bilərəkdən Vətən ugrunda döyüşə atılaraq torpaqlarımızı otuz illik ” məhbus” luqdan azad edərək,canlarını qurban verərək ,şəhidlik zirvəsinə ucalmışlar.Müharibə onu da göstərdi ki,ailənin yalnız tək oglu deyil, iki və üç ogul ataları da şəhidlik zirvəsinə ucaldılar.

Ali Baş Komandan və birinci vitse prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qaygı ilə yanaşırllar.Belə ki, onların müalicəsini qardaş Türkiyədə və digər ölkələrdə davam etdirirlər.Qazi və şəhid ailələrinə yardım məqsədilə ” YAŞAT” fondunun təsis olunmasını təəmin etmişlər.Eyni zamanda şəhid analarının təşəbbüsü və arzularını nəzərə alaraq yaşadıqları yerlərdə şəhidlərimizin küçə,məktəb və digər məkanlara şəhidlərimizin adlarının verilməsi,xatirə bulaqlarının,abidəə komplekslərinin açlışları şəhidlərimizə olan dərin ehtiramın təcəssümüdür..Analar artıq göz yaşı tökməkdənsə,şəhid balalarının xatirəsinin əbədiləşdirilməsinə nail olmaga cəhd göstərirlər..Unutmayaq ki,şəhidlər qarlı dagların başında ac susuz düşmənlə əlbəyaxa olmuş,torpagın üzərində yataraq ,düşmənlə üz-üzə vuruşmuş,daim irəliyə getmiş,son anda şəhid olmuşlar…Torpaqlarımızı qaytaranların- qayıtmayan ogullarının ailəllərinə yaxın olaraq onlara mənəvi dəsyək olmaq hamımızın borcudur deyərək çıxışını yekunlaşdırdi…..Bu zaman zalda-Şəhidlər ölməz ,Vətən bölünməz!!,sədası gəldi ,bütün sal onu təkrar etdi zalda böyük coşqu yarandı.Çııxışını bitirən sədr Nadir kişiyə :
…Nadir kişi,cumə günü ,”Vüqar bulagı” nın açılışına hamınızı dəvət edirik -dedi..
Nadir kişi gözlənilməz təklifi alanda körpə Vüqarını da oraya gətirəcəyini qət etdi..Bir neçə gündəən sonra bu tədbirdə iştirak edən İlkin gah bulagıın üstündəki atasının şəklinə,gah da körpə qardaşına baxırdı…O, hələ də anlaya bilmirdi ki,atasının ona baxan şəkli ilə qardaşında nə kim oxşarlıq var ki, hamı körpəyə yaxıınlaşır, ” torpagı sanı yaşasıın” deyirdi..
Birfəən onu aglamaq tutdu.Atasını istədi.Babası bulagın suyunu açdı…İllkin bu sudan üzünə çəkib göz yaşıını yudu.Ona elə gəlldi ki,bulagıı atası tikib ki,üzünü yusun..Hənəsi onun əlindən tutub gətirdikləri qərənfilləri bulagın üstünə – atasının şəklı önünə qoymagıı tapşıırdı.llkin şəklləə baxııb:-
-,Ata,suyu çəkdirdiyinə görə bu güllləri sənə bagışlayıram,- dedi.Bu mənzərə hamını təsirləndirdi.
Aillə qürur hissi ilə Vüqarın Vüqarı ilə evə döndü.. Yolun kənarındakı tablonu yeni asmışdılar .Oradakı sözlərəə diqüət çəkdi şəhid atasıı-Şəhidlər ölmür!!Vurulduqları yerdən kök atır……..

Nəzakət. Eminqızı,(Əhmədova)

AJB- nin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət. M ərkəzinin və “Yazarlar” jurnalının əməkdaşı..

050 585 20 28
10 yanvar 2023
..