Köçəryan dəstəsini topladı, tapşırıqlar verdi: Paşinyanı devirir, oğlunu…

0
435

Ötən həftə Ermənistan parlamentinin iclası başlamazdan əvvəl müxalif “Ermənistan” bloku Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçirib.

Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, görüşdə “Ermənistan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub. Görüşlə bağlı məlumatı deputat Aqnesa Xamoyan da təsdiqləyib.

“Bəli, “Ermənistan” fraksiyasının deputatları “Ermənistan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Məlumatınızı təsdiq edirəm, onu da vurğulamaq istəyirəm ki, burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”.

Xatırladaq ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da Milli Assambleyanın deputatı mandatı alıb və artıq noyabrın 14-də and içərək parlamentin səlahiyyətlərini rəsmən qəbul edib.

Erməni ekspertlər iddia edirlər ki, Köçəryan Paşinyanı devirmək üçün fəaliyyətə başlayıb. Plan isə budur: Paşinyanı devirib, Köçəryanın oğlunu hakimiyyətə gətirmək. Bu yöndə ona Rusiyanın da dəstək verdiyi iddia olunur. Görüşdə də bu fəaliyyətdən irəli gələcək taktiki gedişlər müzakirə olunub.