
“Modern” hospitalı tibb müəssisəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Klinikadan bildirilib ki, Həsən Həsənov xəstəxanaya daxil olan zaman artıq vəfat edibmiş:
“Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi. Sadəcə olaraq yaxınları bundan məlumatlı olmayıb. Tibbi olaraq həmin şəxs müayinə olunub və ölüm faktı təsdiqlənərək yaxınlarına bildirilib”.